Bulvarda yeni attraksion açılıb-FOTOSESSIYA

Diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var
Xəbərlər 10 Mart 2014 00:00 2200
Bulvarda yeni attraksion açılıb-FOTOSESSIYA

Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub. Seyyah.az bu barədə dövlət başçısının rəsmi veb-saytına istinadən məlumat verib.

Açılışda prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın «Dutch Wheels» şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılıb. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Prezident İ.Əliyevə və xanımı M.Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilib. Qeyd edilib ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Dövlət başçısı və xanımı yeni qurğu ilə yaxından tanış olublar.

Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin istifadəsinə veriləcək.


OXŞAR XƏBƏRLƏR