Gecəsi 4 avro – Avropanın ən ucuz şəhərləri

Xəbərlər 10 Iyul 2016 00:00 3202
Gecəsi 4 avro – Avropanın ən ucuz şəhərləri

Avropaya səyahət o qədər də baha deyilmiş. Hər halda, axtaranlar cüzi qiymətlərə gecələmək üçün normal şəraitli yer tapa bilərlər.  Sadəcə bir qədər sadə olmaq və səyahətə çıxmazdan əvvəl turizm saytlarını yaxşıca axtarmaq lazımdır. Səyyah.az Avropanın müxtəlif şəhərlərində gecələmək üçün ən ucuz variantları təqdim edir. Bu şəhərlər sizi qane etməsə, turizm saytlarında sizi maraqlandıran şəhərlər üzrə axtarış edib, daha sərfəli variantlar tapa bilərsiniz. Beləliklə… 

 

1. Macarıstan

 

Budapeştdə ən ucuz nahar 5 avrodur. Orta səviyyəli restoranlarda isə iki nəfərlik (salat, şorba, qaynar yeməklər) yeməyin məbləği 29 avroya bərabərdir.

 

Hosteldə qiymət – 8 avro

 

İki nəfərlik otel otağının gecəsi – 10 avro

 

 

2. Rumıniya

 

Ucuz kafelərdə və fastfudlarda 4,5 avroya rahatlıqla yemək yeyə bilərsiniz. Axşam naharının qiyməti isə əla restoranlarda 11-14 avro arası dəyişə bilər.

 

Hosteldə qiymət – 5,94 avro

 

İki nəfərlik otel otağının gecəsi – 15 avro

 

 

3. Serbiya

 

Paytaxt Belqradda əla restoranda qiymət 9 avrodur.

 

İki nəfərlik otel otağının gecəsi – 32-41 avro arası dəyişir.

 

Otelləri baha hesab etsəz, Hostels.com-dan hətta 3,98 avroya belə hostellər tapa bilərsiniz.

 

 

4. Çernoqoriya və yaxud Monteneqro

 

Paytaxt Podqoritsada ucuz restoranda naharın qiymət 5 avrodur. Orta səviyyəli restoranda (salat, şorba, qazan yeməkləri) isə qiymət 25 avro təşkil edir.

 

Hosteldə qiymət – 7,30 avro

 

İki nəfərlik otel otağının gecəsi – 16 avro

 

 

5. Bolqarıstan

 

Paytaxt Sofiyada ən ucuz naharın qiyməti 4,09 avrodur.  Orta səviyyəli restoranda isə bu qiymət 20,45 avroya qədər yüksəlir.

 

Hosteldə qiymət – 4,89 avro

 

İki nəfərlik otel otağının gecəsi – 15 avro

 

 

Qeyd: Çalışın gedəcəyiniz yerlərdə qalmaq istədiyiniz otel-hostelləri (həmçinin təyyarə biletini) öncədən bron edin. Bu şəkildə ucuz qiymətlərlə səfər edə bilərsiniz.

 

Hostellər üçün hostels.com və hostelworld.com

 

Otellər üçün booking.com, tripadvisor.com, trivago.com

 

 

OXŞAR XƏBƏRLƏR