Dünyanın müxtəlif ölkələrində - QEYRİ-ADİ QADAĞALAR

Bizim dünya gözəl və təəccübləndiricidir. Hər bir mədəniyyətin öz adət-ənənələri, qanun və qaydaları var.
Xəbərlər 13 Iyul 2016 00:00 973
Dünyanın müxtəlif ölkələrində - QEYRİ-ADİ QADAĞALAR

Bəzi qadağalar haqlı və əsaslandırılmış, bəziləri isə ümumiyyətlə qəribə və gülüncdür.

Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

1. Kanada da uşaq arabası qadağandır.

Kanada hökuməti hesab edir ki, araba uşağın sümük, əzələ və oynaqlarının düzgün inkişafına maneə törədir və buna görə də Kanadada evində uşaq arabası tapılmış ailə 100000 dollar cərimə olunur. İş məhkəməyə çatsa cəza yarım il azadlıqdan məhrum olunmaya qədər qalxa bilər.

2. ABŞ-ın Ayova ştatında tanımadığınız şəxslərə göz vurmaq qadağandır.

Şəxsi tanımırsızsa ona heç göz də vurmayın.

3. ABŞ-ın Tennessi ştatında “Netflix” parolunu başqasına vermək olmaz.

2011-ci ildən Tennessinin qubernatoru “Netflix” kimi əyləncə servisləri üçün şəxsi parolun paylaşılmasını (başqasına verilməsi) qadağan edib. Ştatda belə bir addım cinayətin oğurluq bəndi kimi qiymətləndirilir.

4. Sinqapurda saqqız qadağandır.

Sinqapurda saqqızın alışı və satışı qadağandır. Küçəyə atdığı saqqıza görə şəxs 500 dollar cərimə olunur.

5. ABŞ-ın Delaver ştatında qadınlar kişilərə evlilik təklif edə bilməzlər.

6. İtaliyanın Eboli şəhərində sükan arxasında öpüşmək qadağandır.

Ebolidə hərəkət edən nəqliyyat vasitəsinin içində öpüşmək qadağandır. Qadağanı pozanlar 500 avro miqdarında cərimə olunurlar.

7. Barbadosda kamuflyaj geyim qadağandır.

Bir qayda olaraq əgər siz Barbadosun narkotiklərlə mübarizə idarəsi və ya Silahlı Qüvvələrinin üzvü deyilsinizsə kamuflyaj geyimdən istifadə sizə qadağandır.

8. Kanadanın Alberta əyalətində ictimai yerlərdə qışqırmaq olmaz .

Əyalətin Taber şəhərində ictimai yerdə səs-küyə görə 150 dollar cərimə nəzərdə tutulub. 

9. Səudiyyə Ərəbistanında ictimai yerlərdə musiqiyə qulaq asmaq qadağandır.

Ərəbistanın məktəb və universitetlərində musiqi tədris olunmur, hətta ölkədə musiqi mağazalarında belə siz musiqiyə qulaq asa bilməyəcəksiniz.

10. Almaniyada avtobanda yanacağınız bitsə sizi cərimə gözləyir.

Sürücünün avtobanda yanacağı bitsə o, yol hərkətinin digər iştirakçılarına təhlükə yaratdığı üçün cərimə olunacaq.

11. Çində hökumətin icazəsi olmandan reinkarnasiya qadağandır.

Gülməli səslənsədə Çində hökumətin rəsmi icazəsi olmadan, Tibet buddistləri üçün reinkarnasiya (ruhun bir bədəndən digərinə keçməsi) qadağandır. 

12. Fransada nahar vaxtı ketçup yemək olmaz.

Ölkənin məktəb və kolleclərində şagirdlərə nahar vaxtı ketçup yemək olmaz. Bu kampaniya gənclərin şəkər qəbulu dərəcəsnin aşağı salınması və milli mətbəxin qorunması üçün başlanılıb.

13. Hindistanda əcnəbilərin yerli bayram və şənliklərə dəvəti qadağandır.

Hindistanın Karnataka ştatının yerli hökumətinin yeni qərarına əsasən əcnəbilərin yerli xalqın bayram və şənliklərində iştirakı qadağandır. Sərəncama əsasən əcnəbilərin yerli bayramlarda iştirak etmələri üçün təşkilatçılar rayon komitələrindən xüsusi icazə almalıdırlar.

14. Böyük Britaniyada xəstəxana işçilərinə iş yerlərində çay və ya kofe içmək qadağandır.

Ölkənin Lester şəhərində xəstəxana işçiləri üçün iş vaxtı çay və ya kofe içmək qadağan edilib. Bir qayda olaraq bu içkilərin içilməsi cəmiyyətdə səhiyyə işçilərinin öz işlərinə kifayət qədər məsuliyyətlə yanaşmadıqları təəssüratı yaradır. 

15. Şimali Koreyada göy cins şalvar geyinmək olmaz.

 

Yerli hökumətin ABŞ-ın Şimali Koreyaya qarşı düşmənçilik siyasətinin başında durduğunu hesab etdiklərinə görə, göy cins şalvar geyinən yerli xalq nümayəndələri ABŞ-ı dəstəkləyən cinayətkar kimi qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR