Bakıdan Bolqarıstana avtobusla gedənlərə viza qısa müddətdə veriləcək

İyul ayının 1-dən etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçirilir.
Xəbərlər 13 Iyul 2016 00:00 920
Bakıdan Bolqarıstana avtobusla gedənlərə viza qısa müddətdə veriləcək

Seyyah.az-ın APA-ya istinadən məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı bildirib ki, bununla əlaqədar olaraq Bakı Beynəlxalq Avtovağzalı ilə Bolqarıstan səfirliyi arasında aparılan danışıqlara əsasən, vətəndaş aldığı gediş biletini səfirliyə təqdim etməklə, 3 gün ərzində Bolqarıstan vizası ala biləcək.

Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçirilir. Biletin qiyməti 130 manatdır.

OXŞAR XƏBƏRLƏR