59 manata istirahət və müalicə – 5* HOTELDƏN TƏKLİF

Naftalanda yerləşən «Chinar Hotel & Spa Naftalan» oteli sərfəli qiymətlərlə istirahət və müalicə təklif edir.
Xəbərlər 13 Iyul 2016 00:00 1891
59 manata istirahət və müalicə – 5* HOTELDƏN TƏKLİF

Standard otaqda iki nəfər qalmaqla iki həftəlik paketə müalicə ilə yanaşı gündə 3 dəfə yemək də daxil olmaqla adambaşına bir günlük qiymət 59 manat təşkil edir. Bu barədə Synergy Group və “AtaTravel” MMC-nin “Chinar Hotel & Spa Naftalan” otelinə keçirdiyi info tur çərçivəsində otelin meneceri Turqay Arı bildirib. Onun sözlərinə görə, yeni təklif otelə daha çox turist cəlb etmək üçün titbiq edilib.

Qeyd edək ki, “Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj və müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan nefti ilə normal müalicə kursu 14 gündür. Bu müddət ərzində 10 dəfə vanna qəbul etmək mümkündür. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır. “Chinar Hotel & Spa Naftalan” otelində 1 Royal suite, 6 Deluxe rooms, 4 Suites, 100 Superior rooms, 59 Standard rooms olmaqla 170 yaşayış otağı var. Otaqlarda 81 ekran LCD TV, mini bar, seyf, WIFI internet, telefon və s. mövcuddur. Kompleksdə İsveç masası sistemi ilə çalışan “Sapfir” restoranı, “Lobby” kafe-bar, “Vitamin” bar və “Paradis” bar fəaliyyət göstərir.

Ətraflı məlumat üçün: +994 050 295 66 00.

OXŞAR XƏBƏRLƏR