İstanbulun “Kapalıçarşı”sında təmir başlayır

Xəbərlər 14 Iyul 2016 00:00 671
İstanbulun “Kapalıçarşı”sında təmir başlayır

 Türkiyənin məşhur tarixi məkanlarından olan “Kapalıçarşı”da təmir-bərpa işləri aparılacaq.

Seyyah.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fatih bələdiyyəsi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, tarixi “Kapalıçarşı”da təmir-bərpa işləri iyulun 15-də başlayacaq. İldə təqribən 92 milyon insanın ziyarət etdiyi 554 illik tarixi məkanın ilk olaraq dam örtüyü yenilənəcək.

Dam örtüyünün təmiri Fatih Bələdiyyəsinin maddi dəstəyi ilə olacaq.

OXŞAR XƏBƏRLƏR