Avropanın 23 gizli və gözəl şəhəri – SİYAHI

Xəbərlər 19 Iyul 2016 00:00 1868
Avropanın 23 gizli və gözəl şəhəri – SİYAHI

Səyahətçilərin əksəriyyəti Avropanın böyük və məhşur şəhərlərini zirayət edirlər.  Ancaq bəzən kütlədən uzaq olmaq və tursitik infrastrukturla korlanmamış kiçik şəhərləri kəşf etmək istəyirsən. Xalqın əsl mədəniyyət və ənənələri məhz burada gizlənib. Sanki onlar zaman axınında donub, qalıblar və bu da onları daha maraqlı edən amildir.

1. Çeski-Krumlov,  Çexiya

 

Çexiyanın cənub-qərbindəki qəsr-şəhər. Ölkənin orta əsrlərdən qalmış ən məhşur abidələrindən biri. Monumental qədim Çeksi-Krumlov qalasının ətrafında yerləşən “Köhnə şəhər” YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

2.  Kolmar,  Fransa

 

Kolmar şəhəri Fransanın şimal-şərqindən yerləşən Elzas regionun 3-cü ən böyük kommunasıdır. Şəhərin unikal və zamanın dağıdıcı təsirinə məruz qalmamış tarixi mərkəzi memarlıq qoruğu sayılır. Artıq 20 ildir ki, həmin mərkəz bütün bina və onların elementlərinə həssaslıqla restavrasiya olunur. 

3. Kotor, Çernoqoriya (Montoneqro)

 

Əsrarəngiz buxtada yerləşən bu şəhərin valehedici mənzərələri, zəngin tarix və ənənələri var.  Şəhərin XII—XIV əsrlərdə tikilmiş qədim hissəsi YUNESKO-nun Dünya İrs Siyahısına daxildir. Burada orta əsrlərdən qalmış unikal memarlıq və digər abidələrlə tanış olmaq olar.

4. Xallştatt,  Avstriya

Daxştayn dağ massivinin yamacında, Xallştatt gölü sahilində yerləşən bu kənd Avstriyanın qədim və ən çox fotoşəkili çəkilən yaşayış məntəqəsidir. Açıq rənglərdə tikiliş evlər, onların şəffaf suda əksi, ətraf dağlar kənədə məhşurluq gətirmiş amillərdəndir.

  1.      Ştaufen-im-Braysqau,  Almaniya

Almaniyanln cənubunda, Qara meşənin sərhəddində yerləşən ərazi həftə sonu çaxır içmək üçün ən uyğun yerdir. Təsəvvür edin çaxır istehsalı üçün istifadə olunan üzüm salxımları ilə əhata olunmuş təpələr, orta əsrlərdən qalmış evlər və eramizin 770-cı ildən qalmış qədim ratuşa.

6. Corniko, İsveçrə

 

İsveçrənin Tiçino kantonu, Leventina ərazisində yerləşən italyan dilli bələdiyyə. Dağ çayı boyunca, ailəvi restoranlara baş çəkmək üçün dağın yamacına düşə bilərsiniz. Orada qədim körpülərə, çay və ətraf dağlara valehedici panoramalar sizi gözləyir.

7. Dinan,  Belçika

Dinan Maas və Les çaylarının qovuşduğu dağlıq ərazidə yerləşir. Valoniyanın eyniadlı regionu artıq məhşur turistik məntəqə sayılır. Dinan regionun ürəyidir.

8. Mostar, Bosniya və Herseqovina

Mostar – Bosniya və Herseqovinanın cənubunda yerləşən bələdiyyəsidir. 113 min əhalisi olan şəhər Herseqovina-Neretva kantonunun mərkəzi və tarixi Herseqovina regionunun mədəniyyət paytaxtı sayılır.

 9. Gitxorn,  Niderland

Gitxorn qəsəbəsi Niderlandın şərqində, Overeysel əyalətində yerləşir. Qəsəbəni paytaxt Amsterdamdan şərq istiqamətində bir neçə saatlıq yol ayırır. Bu balaca və əsrarəngiz qəsəbə “Niderland Venesiyası” adı ilə məhşurdur. Bir qayda olaraq Venesiyada olduğu kimi Gitxornda da küçələr əvəzinə su kanlları mövcuddur.

 10. Qruyer,  İsveçrə

 

Qruyer (Qreyerts) şəhəri İsveçrənin Friburq kantonunun eyniadlı əyalətində yerləşir. Şəhərin mərkəzi bu günə qədər öz orta əsrlərdən qalmış görkəmini qoruyub, saxlayıb. Əhalinin yaşadığı qədim küçələr Zane çayı üzərində ucaldılmış qəsri (XIII əsr) əhatə edir.

 11. Marsaşlokk,  Malta 

Marsaşlokk adanın cənubunda yerləşən klassik balıqçılar kəndidir. Kənd özünün böyük balıq bazarı, rəngarəng qayıqları və restoranları ilə məhşurdur.

12. Puçişka,  Xorvatiya

Xorvatiyanın Split – Dalmasiya əyalətində, Braç adasında yerləşən bələdiyyəsi. Burada Adriatik dənizinin sahili boyu düzülmüş qırmızı dam örtüklü, qədim evləri görmək olar.

13. Manarola,  İtaliya

İtaliyanın şimalında,  Liquriya əyalətinin, Riomacora kommunasında yerləşən balaca şəhər. Çinkve – Terrenin digər şəhərlərində olduğu kimi burada da sizi sıldırım qayalar üzərində tikiliş rəngbərəng evlər gözləyir.

14. Bled  Sloveniya 

Yuliy Alp dağlarının ətəyində, buzlaq göl boyunca yerləşən kiçik turistik şəhərcik. Avropada ən məhşur və ən gözəl turistik məkanlardan biri sayılır.

15. Annesi,  Fransa 

Tiu çayının Ansi gölünə töküldüyü ərazidə, Fransanın cənub-şərqində Alp dağları şəhəri. Özünün “Vieille Ville” (Köhnə şəhəri) ilə məhşurdur.

16. Albarrasin,  İspaniya

İspaniyanın şimalında bu günümüzə qədər gəlib, çatmış orta əsr kəndidir. Kəndin dar küçələri mərkəz meydanlardakı qəsrlərə, kilsələrə çıxır.

17. Rotenburq,  Almaniya

Zaman axınında geriyə qayıdaraq, Almaniyanın orta əsrlərdən qalmış gözəl şəhərini kəşf edin. Məhz Rotenburq Uolt Disneyi “Pinokkio” cizgi filmini yaratmağa ilhamlandırıb.

18. Loşin,  Xorvatiya

Adriatik dənizində daha bir ada. Qəsəbənin təbii limanı Aralıq dənizi ərazisi üçün xas olan kiçik, rəngbərəng evlərlə və yaşıl təpələrlə əhatə olunub. Buranı Xorvatiyanın mirvarisi adlandırırlar.

19. Kakortok, Qrenlandiya 

Kakortok (daha əvvəl Yulianexob) Qrenlandiyanın cənub-qərb sahili, Kuyllek bələdiyyəsində yerləşən kiçik şəhər. Turistləri burada bir çox təəssüratlar gözləyir: rəngarəng evlər, daş abidələr, kilsə xarabalıqları.

20. Amen,  Fransa

Parisdə 120 km aralıqda yerləşən şəhər kommunası. Şəhərin əsasən mərkəzi küçə və keçidləri II Dünya Müharibəsindən sonra bərpə olunub. Eyni zamanda Sommı çayının valehedici gözəl sahildə bu şəhər aiddir. Həftə sonu keçirmək üçün gözəl bir yer.

21.Ostuni,  İtaliya 

Eyni zamanda “Ağ şəhər” adı ilə məhşurdur. Ostuni uç təpəni əhatə edir və möhtəşəm kafedral kilsə şəhərin mirvarisi sayılır.

22. Lüskemburq (Böyük Lüksemburq Hersoqluğu) 

Dərin dərə üzərində tikilmiş Lüksemburq şəhərini Alzetta bə Petrus çayları ilə kəsir. Şəhər orta əsrlərdən qalmış qala, qala divarları və qəsrləri ilə məhşurdur. Paytaxt sakinlərinin yarısı əcnəbilərdən ibarətdir və bu da şəhərə kosmopolitizm ruhu verir.

23. Biberi,  İngiltərə 

Şair və sənətkar Uilyem Morris Kotsuold təpələrinin əhatəsində yerləşən Biberi İngiltərənin ən gözəl məkanı adladırırdı.

OXŞAR XƏBƏRLƏR