Səyahət etmək üçün 20 ən gözəl ölkə – FOTO

Səyahət etmək üçün 20 ən gözəl ölkə – FOTO
Xəbərlər 19 Iyul 2016 00:00 780
Səyahət etmək üçün 20 ən gözəl ölkə – FOTO

“Telegraph Travel” səyahətçilərin bəyəndiyi ən gözəl 20 Avropa ölkəsinin siyahısını təqdim edib.

Seyyah.az Oxu.Az-a istinadən xəbər verir ki, keçən illə müqayisədə 6 pillə irəliləyən İrlandiya 20-ci olub.

Danimarka bir pillə yüksələrək 19-cu yerdə qərarlaşıb.

18-ci olan Finlandiya sırasını dəyişməyib.

Malta iki sıra irəliləyərək 17-ci olub.

16-cı Macarıstandır.

Balkan yarımadasında yerləşən Monteneqro 15-ci yerdədir.

14-cü sırada bir pillə geriləyən Kiprdir.

İsveç də ötən illə müqayisədə bir sıra geriləyərək 13-cü olub.

İki pillə geriləyən Türkiyə siyahıda 12-ci yeri tutub.

11-ci sırada İsveçrə yer alıb.

Sloveniya 10-cudur.

Fransa 9-cu yerdə qərarlaşıb.

Portuqaliya 3 pillə yüksələrək 8-ci olub.

7-ci sırada Avstriyadır.

İspaniya üç sıra irəliləyərək 6-cı yerdə mövqe tutub.

5-ci isə Norveçdir.

Xorvatiya 4-cüdür.

Siyahının 3-cü yerini Yunanıstan qazanıb.

İslandiya sırasını dəyişməyərək 2-ci olub.

Səyahətçilər birinci yerə İtaliyanı layiq görüblər.

 

OXŞAR XƏBƏRLƏR