“Samaxi Palace” oteli yeni qiymətlərini elan edib.
Seyyah.az otelin yaydığı məlumata istinadən xəbər verir ki, cəmi 59 manata oteldə gecələmək olar. Yeni qiymətlərin tətbiqinə 1 Avqust 2016-cı il tarixindən başlanılacaqdır.
59 manata səhər yeməyi, SPA, basseyn, jaccuzi və fitnes daxildir.
Oteldə 2 nəfərlik otağın qiyməti isə 69 manatdır. 6 yaşına qədər uşaqlar üçün gecələmə pulsuzdur.
"Samaxi Palace" oteli qonaqlarına ilk dəfə olaraq 3 fərqli qidalanma planı da təklif edir. Qonaqlar öz seçimlərinə əsasən seçə bilərlər:
-Bed&Breakfast (ancaq səhər yeməyi daxil) – 69 AZN-dən başlayaraq (2 nəfər üçün)
-Half Board (Səhər Yeməyi və Şam Yeməyi daxil) – 99 AZN-dən başlayaraq (2 nəfər üçün)
-Full Board (Səhər, Nahar və Şam Yeməyi Daxil – 119 AZN-dən başlayaraq (2 nəfər üçün)
Qeyd edək ki “Samaxi Palace” mehmanxanası Şamaxı rayonunun Şərədil kəndində yerləşir.