Terror hadisələri ilə əlaqədar turistlərin Türkiyə daxil Şərqi Aralıq Dənizi ölkələrindən uzaq durması nəticəsində İtaliya, həddindən artıq turist axını qarşısında qalıb.
Seyyah.az "Marja"ya istinadən xəbər verir ki, İtalyanın "La Stampa" qəzetində dərc olunan xəbərə görə, aralarında Venesiya, Florensiya, Capri və Cinque Terre-nin də olduğu turist şəhər və rayonların rəhbərləri, ziyarətçilərin sayının öhdəsindən gələ bilmdikləri şəkildə artdığından şikayət edirlər.
Bu il, 2015-ci ildə rekord qıran turist sayının bu bölgələrdə 5 - 20 faiz arasında artdığı bildirilir.
"Daily Telegraph" qəzetinə danışan Dünya Səyahət və Turizm Şurasının Prezidenti David Scowsill, "Tunis, Misir və Türkiyədə yaşanalardan sonra buralardakı turistlərin sayı 25- 45% arasında düşüb. İtaliya isə bu turistləri toplayır" deyib.
.
ALTERNATİV MARŞRUTLAR
İtalya Turizm Şurasının (Enit) rəhbəri Fabio Lazzerini də "İzdihamlı yerlərin problemini həll etmək üçün nələr edilə biləcəyinə baxırıq. Bəzi bölgələrdə turist sayını məhdudlaşdırmağı, şəhər mərkəzlərinə giriş üçün vergi almağı düşünürük" deyə bəyanat verib.
Hökumət, turistlərin əsasən seçim etdiyi şəhərlər yerinə, çox da tanınmayan kiçik qəsəbələrin ziyarət edilməsini təşviq edərək turist şəhərlərin üzərindəki yükü azaltmağı hədəfləyir. Məqsəd alternativ marşrutlar təqdim edərək, hədsiz sıxlıqdan "kilidlənən" bölgələri rahatlaşdırmaqdır.