Azərbaycanlı tələbə Macəra Dolu Amerikada… - MÜSAHİBƏ

Xəbərlər 22 Iyul 2016 00:00 958
Azərbaycanlı tələbə Macəra Dolu Amerikada… - MÜSAHİBƏ

Xaricdetehsil.news saytı dünyanın müxtəlif ölkələrində təhsil alan Azərbaycanlı tələbələrdən müsahibələr almaqda davam edir. Bu dəfə də Amerikada oxuyan gəncimizin maraqlı həyat tərzini,  təhsil həyatının incəliklərini haqqında müsahibəni Sizə təqdim edirik.

Mən Kənan Məmmədli Oğuz rayonunda böyümüşəm. Oğuzdakı Emin Abdullayev adına 2 saylı orta məktəbdə 10-cu sinifə qədər təhsil almışam, 11-ci sinifi FLEX (Future Leaders Exchange) proqramı ilə ABŞ-da bitirmişəm. Daha sonra bakalavr təhsilimi almaq üçün yenidən Amerikaya geri döndüm. Hazırda Amerikanın New Mexico ştatında, Albuquerque şəhərində yaşayıram və  “University of  New Mexico”da təhsil alıram.

Xaricdə təhsil almağa maraq çoxalıb…

 Gənclərin xaricdə təhsil almasının səbəbləri bir neçə faktordan aslıdır. Hazırda xarici ölkələrə təhsil üçün çıxış asanlaşıb. Xaricdə Təhsil proqramı vasitəsilə gənclər daha çox yeni proqramların axtarışına başlayıblar.  Başqa səbəb isə gənclərin ölkəmizdə xaricdə təhsil almağı ilə əlaqədar  sanki yarışmada  olmağıdır. Məsələn, bəzi tələbələr [bəlkə də] görür ki, bir dostu xaricdə oxuyur, ona görə həm hirs həm, də motivasiya alaraq, xaricdə təhsil almağa can atır.  Bu əslində çox gözəldir,  həm gənclik üçün həm də gələcək üçün. Bildirmək istərdim  ki, 10 il əvvəl, bəlkə də bəzi valideyinlər öz övladlarını, xüsusilə qızlarını xaricdə təhsil almağa qoymurdular. Hazırda bu trend də bir dəyişiklik görürük. Hətta valideyinlər övladlarını xaricə göndərib, təhsil almağa həvəsləndirirlər.

 Universiteti necə qazandım…

Mən 6-cı sinifdə oxuyarkən xaricdə təhsil almaq istəyirdim. Ancaq bu istək daha çox məqsədə çevrildi. Hələ 7-ci sinifdə oxuyarkən Sülh Korpusunun könüllüləri bizim məktəbdə dərs deyirdilər.

Mən onlarla tanış oldum və daha intensiv ingilis dilini öyrənməyə başladım. Bu zaman mən  xaricdə – Amerikada – təhsil almağı qarşıma məqsəd qoydum. FLEX proqramını qazanmağım Amerikaya getməyimə və  məqsədimi reallaşdırmağa çox kömək etdi. Valideyinlerim daha çox Türkiyə və ya Avropa ölkələrinə getməyimi istəsələr də, mən razı deyildim. Nəhayət 2014-cü ildə bir neçə universitetə sənəd yolladım. Ancaq ən böyük problemlərdən biri – hər tələbənin qorxulu yuxusu- olan maliyyə idi. Lakin son onda “University of New Mexico” – dan cavab gəldi. Universitetdə təhsil qiymətləri həddindən artıq olmasına baxmayaraq, uzun danışıqlardan sonra  orda təhsilimi davam etdirmək arzumu reallaşdırdım. Nəhayət, mən Business və Maliyyə idarə etməsi fakültəsinin tələbəsi oldum. Buranı seçməkdə məqsədim həm balaca, həm də iri korperasiyalarla işləmək  və dünyanın başqa yerlərində iş tapmaq şansının yüksək olmağıdır.

Mənim Universitetim…

Əlbəttə, “University of New Mexico”, New Mexico ştatının ən böyük univeristetidir. Universitet ərazisinə və tələbələrin sayına görə çox böyükdür. Beynəlxalq tələbələrin sayı hər  il durmadan artır, bu isə universitetin nüfuzunun yüksəlməsinə xidmət edir. Tələbələr üçün isə dünyanın hər yerindən dost tapmaq şansı yaradır. Professorlar çox mehriban və düzgün insanlardı, təhsil səviyyəsi çox yüksək səviyyədədir.


İki ölkənin müqayisəsi…

İki ölkə – Azərbaycan və Amerikanı müqayisə etmək çox asandır. Burada tələbə həyatı da  çox fərqlidir. Bizim Azərbaycan tələbəsi narahatdır, müəyyən problemlərə görə çox sıxılırlar. Məsələn, Amerikada həftənin günləri iş və dərsdən başqqa heç nə etmirsən, yəni əyləncəni həftə sonuna saxlayırsan. Amma sonda bir tələbə iş, dərs və onun qarşılığında gözəl həftə sonu yaşayır. Tələbələrin çoxu universitetdə yerləşən iş yerlərində çalışırlar. Hətta mən özüm də hər zaman iki işdə işləmişəm.

 

Dərslərin keçirilmə metodikası…

 Dərslər və imtahanların keçirilməsi professorların seçimindən asılıdır. Bəzi dərslər mühazirə olur, qulaq asırsan, qeyidlərini yazırsan və semester ərzində 3-4 imtahan olur. İmtahanları  professorlar özləri yazsa da daha sonra universitet tərəfindən təsdiqlənir. Bəzi dərslər interaktiv yolla aparılır, yeni müzakirələr olunur. Professorlar tələbələrə dərsə gəlmədən öncə tapşırıqlar verir. Dərs zamanı isə həmin mövzu hər kəs tərəfindən müzakirə olunur. İmtahanlar çox vaxt yazılı sual və variantlardan ibarətdir. Dərslərin çoxunda isə ən azından semester ərzində bir esse yazmalı olursan.

 Maraqlı seçim…

 Mən ora gedəndə təhsil almaq üçün maliyyə dəstəyim yox idi. Öncə universitetin beynəlxalq tələbələrlə işlərinin görüldüyü deportamentə gedib müdiriyyətlə görüşdüm və dedim ki, mənim təhsil almağa maddi gücüm çatmır. Bu zaman mənim ödəyəcəyim məbləğ də 20 min dollar idi. Onlara iki yol olduğunu dedim. Ya məni Azərbaycana geri göndərmək, ya da  məni universitetdə saxlamaq. Çox sağ  olsunlar  ikinci seçimimin üstündə dayandılar.

Təhsil xərcim…

Hazırda mən burada ailədə qalıram. FLEX proqramı ilə getdiyim zamanlarda da bu ailədə yaşamışdım. Çox sağ olsun həmin ailə mənim orda qalmağımı təklif etdi. Hansı ki, onlar olmasaydı, burada  yaşamaq çox baha olardı. Universitetin 70% -ni maliyyə proqramı qarşılayır. Qalan 30% -ni isə mən iki işdə işləyərək özüm  ödəyirəm. Bəzən isə ailəm kömkəlik edir.

Xaricdetehsil.news saytı vasitəsilə gənclərimizə  nə demək istərdiniz?

Xaricdə oxumaq çox adamın arzusudur. Çoxu məsləhət istəyir…Bunun üçün öncə ingilis dilinizi gücləndirin. Əsas amil budur. Sonra istədiyiniz ölkənin və universitetin incəliklərini  çox yaxşı öyrənin. Çünki istəmədiyiniz bir yerdə 4 ilinizi vərmək daha çox darıxdırıcı olur.  Bizim kimi xaricdə oxuyan tələbələrlə danışın. Çünki onlarbu yolları keçib və Sizə kömək edə bilərlər. Ən əsası əgər sənəd göndərdiyiniz  bir neçə universtitetdən rədd cavabı gələrsə, qətiyyən ruhdan düşməyin.  Bu Sizi  daha da  gücləndirəcək. UĞUR OLSUN!

OXŞAR XƏBƏRLƏR