İsrailin Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, ölkəmizdəki diplomatik missiya da tətildə iştirak edir.
Aksiyaya səbəb İsrail Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi arasında həll olunmamış maliyyə məsələləridir.
Səfirlikdən verilən məlumata görə, İsrailin Azərbaycandakı səfirliyi adi rejimdə fəaliyyət göstərir, lakin konsulluq şöbəsi martın 4-dən etibarən bağlıdır və viza vermir. Tətil müddətsizdir.