Mədəniyyət və Turizm Nazirliyi ölkədə kütləvi surətdə hostellərin tikilməsinin əleyhinədir. Əbülfəs Qarayev bildirib ki, yeni hostellərin tikilməsi üçün lisenziyaların alınması ilə bağlı nazirliyə investorlar tərəfindən müraciətlər daxil olub.
Nazirin sözlərinə görə, "Biz, əlbəttə ki, hostellərin tikilməsinə qarşı deyilik. Lakin kütləvi şəkildə deyil. Çünki Azərbaycanın turizm strukturu və potensial imkanları onların kütləvi yayılmasına hazır deyil. Bizim vətəndaşlar regionlara gedəndə, daha komfortlu yerlərdə qalmağa üstünlük verirlər. Ona görə bizim mövqemiz belədir: biz hostellərə qarşı deyilik, lakin kütləvi olmasınlar"