Ərəblər Azərbaycanda nə qədər pul xərcləyirlər?

Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb.
Xəbərlər 28 Iyul 2016 00:00 1126
Ərəblər Azərbaycanda nə qədər pul xərcləyirlər?

Seyyah.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli turizm şirkətləri məlumat verib. 

"Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır", - deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib. 

Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək.

OXŞAR XƏBƏRLƏR