«AtaTravel» MMC «Qalaaltı Hotel & SPA» müasir müalicə-istirahət kompleksinə endirimli tibbi paketlər təklif edir. Şirkətdən seyyah.az-a verilən məlumata görə, «Qalaaltı Hotel & SPA» müasir müalicə-istirahət kompleksində otel xidmətləri, müayinə və müalicə prosedurları və gündə 3 dəfə yemək daxil olmaqla paketlərin 1 həftəlik qiyməti 2 nəfər üçün 939 AZN təşkil edir.

Burada nevroloji, uroloji, kardioloji, qastroentroloji, hərəkət-dayaq sistemi və s. xəstəliklər müalicə olunur. «Mərkəzdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var. Burada böyrək daşları cərrahi əməliyyatsız düşürülür.
Böyrək xəstəliklərinin ölkəmizdə və dünyada çox geniş yayılmış və ağır xəstəliklərdən olduğunu nəzərə alsaq, bu mərkəzdə təbii yollarla və üsullarla bu xəstəlikdən azad olması çox böyük göstəricidir. Qalaaltı suyu çox müalicəvi və neft tərkiblidir»-deyə məlumatda bildirilir.

Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən kompleksdə uşaqların istirahəti üçün oyun otağı və uşaq oyun meydançası da var. Buradakı əyləncə mərkəzi çox genişdir və 5400 kvadratmetr ərazini əhatə edir. Ümumilikdə təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

«Qalaaltı Hotel & SPA» sağlamlıq və istirahət mərkəzində iki nəfər üçün bir günlük istirahət 130 mana təşkil edir. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir. Müalicə daxil olmaqla qiymətlər isə belədir: «Superior» otaqlarda
7 günlük tək 614 manat, iki nəfər üçün 939 manat;
14 günlük tək 1100 manat, iki nəfər üçün 1669 manat;
21 günlük tək 1562 manat, iki nəfər üçün 2360 manat.
Daha geniş məlumatı «AtaTravel»-dən almaq olar. Qeyd edək ki, «AtaHolding» Şirkətlər Qrupunun turizm sektorunda «AtaTravel», «AtaTurizm» və “Excelsior Hotel Baku» oteli fəaliyyət göstərir.