Travel Case -dən aviabilet alana səyahət sığortası hədiyyə ediləcək

“Travel Case” MMC və AXA MBASK SŞ oktyabr ayından etibarən yeni aksiyaya start verirlər.
Xəbərlər 2 Oktyabr 2013 00:00 2010
Travel Case -dən aviabilet alana səyahət sığortası hədiyyə ediləcək

“Travel Case” MMC və AXA MBASK SŞ oktyabr ayından etibarən yeni aksiyaya start verirlər. Ay ərzində “Travel Case” MMC-dən istənilən istiqamətə (viza tələb olunmayan və sığorta təminatı verilməyən ölkələr istisna olmaqla) avia bilet alan hər bir müştəri “AXA MBASK” SŞ tərəfindən 8 günlük və 30 000 USD/EURO dəyərində VİSA səyahət sığortası paketini pulsuz olaraq əldə edəcəkdir. VİSA paketinə Şengen ölkələrinə viza almaq üçün tələb olunan standart təminatlar (tibbi məlumat, tibbi xərclər, tibbi daşınma xərcləri, repatriasiya xərcləri ) daxildir. Yardım şirkəti İNTER PARTNER ASSİSTANCE şirkətidir.

 
“Travel Case” MMC bu ildən fəaliyyətə başlamışdır. Biznesə yardımçı olmağı özü üçün əsas fəaliyyət istiqaməti kimi qəbul edən şirkət avia biletlərin bronu və satışı, Azərbaycanda və xaricdə otellərin rezervasiyası, korporativ tədbirlərin və görüşlərin keçirilməsi, viza dəstəyi, nəqliyyat vasitələrinin icarəsi, sığorta və bu kimi xıdmətlər göstərir. Qısa müddət ərzində özünü etibarlı bir tərəfdaş kimi tanıdan şirkət göstərdiyi xidmətlərin müqabilində real qiymətlər təklif etməklə həm fərdi həm də korporativ müştərilər tərəfindən məmnuniyyətlə qarşılanmışdır. Müştəri etimadına əsaslanan biznes strategiyasına uyğun olaraq şirkət  respublikamızda və xaricdə öz imici və xidmət səviyyəsi ilə tanınmış partnyorlarla işləməyə üstünlük verir. Şirkətin əməkdaşları xüsusi olaraq bu sahə üçün hazırlanmış və beynəlxalq təcrübədə öz təsdiqini tapmış üsullarla seçilmişdir. Əməliyyatların sürətinin artırılması və müştərilərə qısa müddətdə xidmət göstərilməsi üçün ən son texnoloji yeniliklərdən və kompyuter proqramlarından istifadə olunur. Müştərilərin rahatlığını və şəffaflığı təmin etmək üçün ilin sonunadək MilliÖn ödəmə sisteminə qoşulmaq və kredit kartları ilə ödənişlərin qəbulu nəzərdə tutulub.  
 
Şirkətin ofisi Bakı şəhərində Tbilisi prospekti 41 ünvanda yerləşir. Əlaqə telefonları (012) 538 41 32, (050) 235 19 18, (055) 230 55 80. Elektron poçtu:office@travelcase.az
 
“AXA MBASK Sığorta Şirkəti” 1992-ci ildə “MBASK Sığorta Şirkəti” adı ilə fəaliyyətə başlamışdır. 14 oktyabr 2010 il tarixdə dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group” özünün törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə “MBASK” Sığorta  Şirkəti”nin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə etmişdir. AXA Group dünyada ən iri sığorta şirkətlərindən biridir və dünyanın 57 ölkəsində təmsil olunub.
OXŞAR XƏBƏRLƏR