"Atelier für Sonderaufgaben" arxitektorları İsveçrədə Null Stern hotelinin qeyri-adi layihəsini təqdim ediblər.
Unikal hotel dağ kəndində və açıq səma altında yerləşir. Burada dincəlmək üçün ancaq yataq təklif edirlər. Hotelin nə divarı, nə də damı yoxdur.
Hoteldə bu il rezervasiya etmək artıq boş yer qalmayıb. 2017-ci il üçün də gözləmə siyahısı tərtib edilib.
Layihə turizm sektorunu canlandirmaq üçün yaradılıb. Belə bir ideya səyahətçiləri İsveçrənin ən uzaq güşələri ilə tanış etmək məqsədi daşıyır.