Türk Hava Yolları idman aləminin tanınmış simaları olan Kobe və Messinin iştirakı ilə hazırladığı "Selfie" reklamının ardından "Selfie ShootOut" adlı müsabiqə elan edib.
Seyyah.az-ın məlumatına görə, müsabiqədə iştirak etmək istəyən şəxslər "Selfshot" adlanan pulsuz iPhone tətbiqini telefonuna yükləməli, bu tətbiq vasitəsilə özünün "selfie" şəklini çəkməli və sosial mediada (Facebook, Twitter, Instagram) #SelfieShootOut və #KobevsMessi heşteqləri ilə paylaşmalıdır. Adıçəkilən social şəbəkələrdə ən çox bəyənilən fotolar Türk Hava Yolları tərəfindən təyyarə bileti ilə (gediş-dönüş) mükafatlandırılacaq. Ümumilikdə 3 ay müddətində davam edəcək müsabiqədə hər ayın qalibi seçiləcək (3 aya 3 qalib). Müsabiqədə 18 yaşı tamam olmuş hər bir şəxs iştirak edə bilər.
Müsabiqənin şərtləri ilə daha ətraflı buradan məlumat ala bilərsiniz.
Qeyd edək ki, Oksford Universiteti tərəfindən 2013-cü ilin sözü seçilən və rəsmi ədəbiyyata daxil edilən "Selfie" sözü mobil telefon və ya fotoaparat vasitəsilə öz şəklini çəkib sosial mediada paylaşmaq anlamına gəlir.