Azərbaycana gələn turistlər - 30 DƏFƏ ARTIB

Xəbərlər 5 Avqust 2016 00:00 773
Azərbaycana gələn turistlər - 30 DƏFƏ ARTIB

Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu tendensiya özünü 2016-cı ilin ilk 6 ayında göstərib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, son 6 ayda Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayı artmaqdadır.

Bu ilin may ayında ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə artıb. Cari ilin 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 972 min nəfər təşkil edib. Bu rəqəmin içində üstünlük ilk növbədə Rusiya vətəndaşlarının, daha sonra İran, Türkiyə və ərəb ölkələrinin payına düşür.

OXŞAR XƏBƏRLƏR