Taylanda gedən turistlər "yeni sifət" qazana bilərlər

Müsabiqənin qalibləri 5000 dollarlıq üz əməliyyatı və dəbdəbəli istirahət əldə edəcək.
Xəbərlər 13 Mart 2014 00:00 1247
Taylanda gedən turistlər "yeni sifət" qazana bilərlər

Seyyah.az xəbər verir ki, Tayland hökuməti ölkəyə turistləri cəlb etmək üçün yeni müsabiqə elan edib. Müsabiqənin qalibləri 5000 dollarlıq üz əməliyyatı və dəbdəbəli istirahət əldə edəcək.


Müsabiqədə iştirak etmək istəyənlər öz üzlərinin fotolarını müxtəlif rakurslardan çəkməli, əməliyyatın növünün və səbəbinin qeyd edildiyi məktubu sağlamlıq haqqında arayışla bərabər müsabiqə təşkilatçılarına təqdim etməlidirlər.

 

Tibbi eksperlər və həkimlərdən ibarət münsiflər heyəti qaliblərin adını mayın 7-də açıqlayacaq. Qaliblər 3 nəfər olacaq. Ən çox səs toplayan namizəd həm də 5000 dollar və dəbdəbəli səyahət paketi əldə edəcək. Qalan iki yerin sahibləri də səyahət paketləri qazanacaq.

 

Tayland tibbi turizmin əsas mərkəzlərindən sayılır. Bu ölkədə 30 tibbi təşkilat fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR