İsmayıllıda üçulduzlu hotelin inşasına başlanılıb.
Seyyah.az "Azərtac"-a istinadən xəbər verir ki, beş mərtəbədən ibarət olacaq hotel şəhərin Heydər Əliyev prospektində 1336 kvadratmetr ərazidə inşa edilir.
Burada 43 nömrə olacaq. Hoteldə 30-dan çox yerli sakin işləyə biləcək. Obyektin inşasına 3,5 milyon manat investisiya qoyulacaq.

