Bakıdan Batumiyə avtobus - İLK DƏFƏ - FOTOLAR

Xəbərlər 12 Avqust 2016 00:00 1280
Bakıdan Batumiyə avtobus - İLK DƏFƏ - FOTOLAR

Ötən gün ilk dəfə olaraq Bakı-Batumi birbaşa reysi yola düşüb. Seyyah.az “Qafqazinfoya istinadən  xəbər verir ki, reysin yola salınma mərasimində Dövlət Avtomobil Xidməti Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmaqızı jurnalistlərə açıqlama verib. O qeyd edib ki, bu günə qədər Batumiyə Bakı Beynəlxalq Avtovağzalından 545 sərnişin yola salınıb: “Reyslər həftənin 1, 3, 5- cü günləri olmaqla axşam saat 18:00-da başlayacaq. Səhər saat 9:00 radələrində sərnişinlərin Batumiyə səfəri başa çatır.

İlk dəfədir ki, Bakı-Batumi birbaşa reysi açılır. Əvvəllər sərnişinlər Tbilisiyə getməklə Batumiyə yola düşürdülər. İndi isə birbaşa reysin açılması vətəndaşların nəqliyyat sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi məsələsində böyük bir addım oldu. Biletin qiyməti 35 manatdır. 5 yaşına qədər uşaqlara oturacaq verilməmək şərtiylə bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir. Əgər sərnişin beş yaşına qədər olan uşaq üçün bilet alınmasını arzu edirsə, biletin 50 faizini ödəməklə oturacaq əldə edə bilər. Avtobus iki mərtəbəlidir, komfortludur, 80 nəfərlikdir. Kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə çay və su verilir. Digər ehtiyaclar üçün bütün vasitələr avtobuslarda quraşdırılıb”.

Onun sözlərinə görə, bundan sonra da xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər həyata keçiriləcək: “Ola bilsin ki, başqa şirkətlərlə də müqavilələrin sayı artırılsın. Hələlik “Sky.az” şirkəti ilə müqavilə əsasında Batumi reysi fəaliyyət göstərir. Əlavə olaraq Türkiyənin Metroturizm şirkəti ilə İstanbula, Alanyaya, Quş adasına, Antalyaya, eyni zamanda Bolqarıstanın Sofiya və Varna şəhərlərinə də reyslər təşkil olunub. Bundan sonra Avropanın digər şəhərələrinə də reyslərin açılması nəzərdə tutulur. Təyyarə və dəmir yolu ilə səyahət etmək istəməyən sərnişinlər avtobusla münasibət qiymətə, həm də yüksək komfort şəraitində səfərlərini başa vura bilərlər.

Biletləri əvvəlcədən almaq məsləhətlidir. 10 gün qabaq online şəkildə də əldə etmək mümkündür. Xarici ölklərə bilet alarkən gediş-dönüş biletinin birbaşa Bakı Beynəlxalq Avtovağzalından alınması istiqamətində hazırda danışıqlar aparılır. Təhlükəsizlik tədbirləri ilə əlaqədar avtobuslarda xüsusi izlənmə avadanlıqları quraşdırılıb. Biz avtobusun harada olduğunu, dayandığını, hərəkət etdiyini , nə qədər benzin sərf etdiyini, hansı sürətlə hərəkət etdiyini görə bilirik. Rahat şəkildə sürücünü izləyə bilirik”.

 

Bakıdan Batumiyə - İlk dəfə +Fotolar
Bakıdan Batumiyə - İlk dəfə +Fotolar
Bakıdan Batumiyə - İlk dəfə +Fotolar
Bakıdan Batumiyə - İlk dəfə +Fotolar

OXŞAR XƏBƏRLƏR