Azərbaycanlı turist Türkiyədə öldü - HADİSƏ

Xəbərlər 12 Avqust 2016 00:00 901
Azərbaycanlı turist Türkiyədə öldü - HADİSƏ

Türkiyədə azərbaycanlı turist ölüb.

Seyyah.az turizm portalı modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində 39 yaşlı Azərbaycan vətəndaşı Oleq Shır körpüdən çaya düşərək həlak olub.

Hadisənin şahidləri jandarma və 112 təcili tibbi yardıma xəbər veriblər. O.Shırın səhhətindəki problemlərə görə özünü körpüdən atdığı iddia olunur.

Cəsəd müayinə üçün üçün Antalya ədliyyə tibb müəssisəsinə göndərilib. Hadisə ilə bağlı Alanya prokurorluğunda cinayət işi başlanıb.

Əlaqə üçün E-mail: info@qafqazinfo.az 

OXŞAR XƏBƏRLƏR