Gömrük Komitəsi: “Sınıq Körpü”də sıxlıq olmayıb - FOTOLAR

Xəbərlər 14 Avqust 2016 00:00 742
Gömrük Komitəsi: “Sınıq Körpü”də sıxlıq olmayıb - FOTOLAR

Bu gün bəzi KİV-lərdə Tovuz Gömrük İdarəsinin Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlığın yaranması, vətəndaşların və nəqliyyat vasitələrinin sərhədi keçmək üçün saatlarla gözləməsi barədə məlumatlar yayılıb. Məlumatda o da bildirilir ki, sıxlıq süni şəkildə yaradılır və buna etiraz olaraq vətəndaşlar sərhəddə aksiya keçirib.

Dövlət Gömrük Komitəsinin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, bu məlumatların heç bir əsası yoxdur və “Sınıq Körpü” gömrük postu gün ərzində normal iş rejimində fəaliyyət göstərib. Sıxlığın süni şəkildə yaradılması və buna etiraz olaraq vətəndaşların aksiya keçirməsi barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.

Hazırda “Sınıq Körpü” gömrük postunda avtomobillərin və piyadaların keçidi qanunvericiliyə uyğun şəkildə, gömrük prosedurlarına uyğun vaxt ərzində həyata keçirilir və hər hansı sıxlıq müşahidə olunmur.

OXŞAR XƏBƏRLƏR