Hotel tikmək üçün yeni ərazilər ayrıldı – HÖKÜMƏTDƏN QƏRAR – XƏRİTƏ

Xəbərlər 14 Avqust 2016 00:00 2341
Hotel tikmək üçün yeni ərazilər ayrıldı – HÖKÜMƏTDƏN QƏRAR – XƏRİTƏ

Nazirlər Kabineti Azərbaycanın Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında turizm və rekreasiya zonalarının yaradılması haqqında qərar qəbul edib. Seyyah.az-ın məlumatına görə, hökumətin 1 avqust tarixli 286 saylı qərarı ölkədə turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli olan ərazilərdə turizm və rekreasiya zonalarının yaradılması məqsədi ilə Azərbaycan Prezidentinin  müvafiq fərmanın icrası məqsədilə qəbul edilib. Qərarın qəbulu zamanı Mədəniyyət və Turizm Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınıb.

Qərara əsasən bir neçə turizm zonası yaradılıb. Belə ki, Xızı rayonunun 7 969,22 hektar, Siyəzən rayonunun 14 365,44 hektar, Şabran rayonunun 25 833,78 hektar, Xaçmaz rayonunun 33 832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası yaradılıb.

 

Quba rayonunun 3 729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14 546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılıb. Qərara əsasən, həmin turizm və rekreasiya zonalarının hüdudları da təsdiq edilib. Qərarda Mədəniyyət və Turizm Nazirliyinə müvafiq yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

OXŞAR XƏBƏRLƏR