ABŞ-a necə köçmək olar? – ÜSULLAR, VARİANTLAR

Xəbərlər 14 Avqust 2016 00:00 10464
ABŞ-a necə köçmək olar? – ÜSULLAR, VARİANTLAR

ABŞ-a köçmək, burada yaşamaq və arzularını reallaşdıraraq «Amerika arzusu»na çatmaq dünyada yüz milyonlarla şəxsin arzusudur. Varlı, kasıb, təhsilli və təhsilsiz insanlar, müxtəlif səbəblərdən okeanın o tayına üz tutmaq, özünü reallaşdırmaq və, baş tutarsa milyonerlər təbəqəsinin üzvü olmaq üçün hər şeyə hazırdı. ABŞ-ın özündə – bütün imkanları qiymətləndirməyi bacaran bu ölkədə xaricilərin arzularından yaxşı xəbərdardılar. Və bunun üçün imknalar yaratmağa hazırdırlar. Amerikaya tamamilə leqal olaraq köçüb yaşamaq üçün dünyada universal sistem mövcuddur – bu «Green Card» almaqdır.

 

«Qrin-kart» ABŞ-da təkcə il boyu yaşamaq icazəsi deyil. Bu sənədin sahibi olduğu halda güzəştli ipoteka, universitetlərdə təhsil haqqına endirim, təqaüd və ya qrant əldə etmək imkanınız var. «Seyyah.az» xarici mətbuata istinadən ABŞ-da yaşayış icazəsinin düzgün sənədləşdirilməsi (əldə etmə) qaydalarını diqqətinizə çatdırır.

 

«Qrin-kart» nədir?

Rəsmi terminologiyaya əsasən «Green Card» (Qrin-kart) ABŞ-da daimi yaşamaq icazəsidir. Bu sənəd sahibinə ABŞ-da qanuni əsaslarda yaşamaq və səsvermə hüququ istisna olmaqla, ABŞ vətəndaşlarına şamil olunan bütün hüquqları əldə etmək imkanı verir.

 

Adətən «Qrin-kart» sahibini ABŞ-ın qanuni daimi rezidenti (sakini) adlandırırlar və ya sadəcə rezident (sakin). Rezident olduğunuz andan etibarən siz, ailəniz və bütün işgüzar maraqlarınız ABŞ qanunvericiyili tərəfindən qorunur. Rezident statusunuzla (viza tələbi olmadan) istənilən zaman ABŞ-ı tərk edib və ya ora qayıda bilərsiniz. Eyni zamanda ipoteka və digər kreditləri daha sərfəli şərtlərlə götürə, dövlət universitetlərində təhsil haqqında əhəmiyyətli endirimlər əldə edə bilərsiniz. Bu zaman təhsil haqqı sizə üç-dörd dəfə ucuz başa gələcək. Rezidentlər ABŞ vətəndaşlarına şamil olunan təqaüd, qrant və digər imtiyazlardan da yararlana bilərlər.

 

«Qrin-kart» sahibinə ABŞ vizasını əldə etmək lazım deyil. Kart sahibi özünə rahat olan zaman ölkəyə gəlib-gedə bilər. Yeganə əsas tələb bir təqvim ili ərzində 6 aydan az olmamaq şərti ilə ABŞ-da olmaqdır. Əgər «qrin-kart» sahibi 1 ildən artıq müddət ABŞ-da olmasa, geri dönən zaman (kartın olmasına baxmayaraq) o, ölkəyə buraxılmaya bilər.

 

Əksər hallarda «qrin-kart» 10 illik müddətinə verilir. 5 ildən sonra isə kart sahibi ABŞ vətəndaşlığı əldə edə bilər. Vətəndaşlıq əlavə üstünlüklər və ABŞ-da məcburi 6 ay yaşayış tələbinin ləğvi deməkdir.

 

«Qrin-kart» sahibinin vəzifələri:

 

6 aydan az müddət olmamaq şərti ilə ABŞ-da yaşamaq. Bu tələbə gələcəkdə sizin vətəndaşlıq almaq və ya rezident statusunuzun saxlanılması üçün lazımdır.

Əgər kart sahibi ABŞ-da minimum 6 ay yaşayır və qısamüddətli xarici səfərlər edirsə bu halda heç bir problem olmayacaq. Əgər son kart sahibinin son səfərindən 6 aydan çox, ancaq 1 ildən az bir müddət keçibsə, ABŞ-a qayıdan zaman ondan niyə bu qədər uzun müddət xarcidə olduğu haqqında maraqlana bilərlər. Bu zaman rezident niyə bu qədər uzun müddət xaricdə olduğu haqqda əsaslı dəlil gətirməlidir.

 

Əgər «qrin-kart» sahibi uzun müddət ABŞ-dan kənarda olacaqsa, bu zaman o, xüsusi miqrasiya sənədi «Form 131 – Re-entry Permit» (Uzun müddətdən sonra giriş icazəsi) üçün müraciət etməlidir. Əks halda kart sahibi geri dönən zaman sərhəddə problemlərlə üzləşəcək və ya onun «qrin-kart» ləğv edilə bilər.

1 ildən çox müddət ölkə xaricində olduğunuz zaman şəxsin «qrin-kartdan» imtina etməsi prezumpsiya əmələ gəlir, həm də vətəndaşlıq almaq məqsədi üçün yaşayış müddəti də pozulur.

 

Kart sahibi bütün mövcud miqrasiya qanunlarına tabedir. Bu o deməkdir ki, əgər miqrasiya xidməti şəxsin bu sənədi yalan məlumatlar, fırıldaq yolu ilə əldə etdiyi qənaətinə gəlsə və ya kart sahibi cinayət törədsə «qrin-kart» ləğv oluna bilər.

«Qrin-kart» sahibi ünvanını dəyişdiyi andan 10 gün ərzində miqrasiya xidmətini bu haqqda məlumatlandırmalıdır.  

 

«Qrin-kart» əldə etmə üsulları

 

1. Ailələrin birləşməsi məqsədi ilə immiqrasiya

ABŞ vətəndaşları və daimi sakinləri Vətəndaşlıq və İmmiqrasiya işləri üzrə xidmətə müraciət edərək, öz qohumlarına immiqrasiya vizasının verilməsini istəyə bilərlər.

 

21 yaşından yuxarı ABŞ vətəndaşə öz həyat yoldaşına, valideynlərinə, uşaqlarına və qardaş-bacılarına görə «müraciət» edə bilərlər. ABŞ-ən qanuni daimi rezidentləri (kart sahibləri) öz həyat yoldaşlarına və 21 yaşına çatmamış, subay övladlarına immiqrasiya vizasının verilməsinə «müraciət» edə bilərlər.

 

ABŞ-da daimi yaşayış sənədi sahiblərinin sayı illik kvota ilə məhdudlaşdırılır və ilə 480 000-dən çox ola bilməz.

 

2. EB-1/EB-2 vizaları üzərində iş immiqrasiyası

 

Bu üsul menecerlər və beynəlxalq şirkətlərin idarəçilərinə uyğundur. Bu vizalar immiqrasiya xətti ilə verilir və onun əsasında daha sonra «qrin-kart» əldə etmək mümkündür. Bu isə əməkdaşa daimi iş əsasında ABŞ-a istənilən zaman gəlib-getmək imkanı verir.

 

EB-1 vizasını əldə etmək üçün ABŞ-dakı şirkət ən azı 1 ilə ərzində əhəmiyyətli əməliyyatlar həyata keçirməlidir. Bu vizanı əldə etmək istəyən əcnəbi şəxsin həmin şirkətdə vəzifəsi idarəedici və ya rəhbərlikdə olmalıdır.

 

Eyni zamanda müraciət edənin (ərizəçinin) şirkətində ona tabe olan kifayət qədər işçisinin olması tələb olunur. Bundan əlavə namizəd ABŞ səfərindən 3 il əvvəl ixtisaslaşmış xarici şirkətdə 1 il ərzində menecer və ya rəhbər vəzifəsində çalışmış olmalıdır.

 

Bir qayda olaraq əcnəbi şəxsi işə dəvət edən amerikalı şirkətin illik gəliri 70.000 dollardan az olmamalıdır. Bu göstərici şirkətin ərizəçiyə (dəvət etdiyi xarici əməkdaşın) əmək haqqını qarşılayacağının sübutudur.

 

3. EB-5 investor vizası üzrə immiqrasiya

 

EB-5 vizası da immiqrasiya xətti ilə verilir və onun da əsasında daha sonra «qrin-kart» əldə etmək mümkündür. Müəyyən məbləği ABŞ-a yatırdıqdan və həmin vəsaitin qanuni mənbədən əldə olduğunu təsdiqlədikdən sonra bu sənədi əldə edərək, bütün ailənizlə ABŞ-a immiqrasiya edə bilərsiniz.

 

EB-5 vizasını əldə etmək istəyən şəxsin investisiyası ABŞ-da 10 iş yeri (açmalı) yaratmalıdır. Bu üsul kifayət qədər böyük maliyyə vəsaiti tələb edir, lakin öz biznesini idarə etmək istəməyən, ancaq ABŞ-a köçək arzusunda olanlar üçün ən gözəl variant məhz budur. Bu vizaya daxil önəmli üstünlükər ərizəçidən milliyət, dil biliyi, xüsusi iş təcrübəsi və ya təhsilin tələb olunmamasıdır.

 

TEA (yüksək işsizlik səviyyəsi) və ya kənd təsərrüfatı kateqoriyasına aid layihəyə investisiyanın məbləği 500.000 dollardır. Qeyri-TEA kateqoriyası layihələrində isə bu rəqəm 1.000.000 dollardır.

 

Bundan əlavə siyasi sığınacaq və ya lotoreyada qalib gələrək, «qrin-kartı» əldə etmək variantları var. Lakin biz onları nəzərdən keçirməyəcəyik, çünki onlar etibarlı variant deyillər. Misal üçün ABŞ-ın Dövlət Departamentinin məlumatına görə 2013-cü il üçün 12 milyon lotoreya iştirakçından cəmi 105 min nəfərə «qrin-kart» qazanıblar.

 

Ən çox yayılmış imtina səbəbləri

 

Hər «qrin-kart» əldə etmə prosesi indevidualdır. Şəxs öz təcrübə yükü ilə gəlir və onun işi fərdi qayda da dinlənilir. Ümumiləşdirmə hallarına yol verilmir. Lakin, əlbəttə, bəzi anlar var ki, onlar bu və ya digər halda pis təcrübəyə gətirir, iş mənfi rəylə yekunlaşır.

 

Misal üçün, ərizəçinin vizanın tələblərinə aydın uyğunsuzluğu, yalan və qeyri-dəqiq məlumatların təqdim edilməsi, müstəqil formada (mütəxəssis vəkil xidmətlərindən imtina etməklə) ərizə təqdimetmə, ərizədə yol verilmiş səhvlər və ya bu sahədə kifayət qədər tərcübəsi olmayan şəxslərə, şirkətlərə müraciət mənfi nəticəyə gətirib, çıxara bilər.

 

«Amlaw Group» şirkətinin nümayəndəsi Çarlz Reyter deyir ki, «Bəzi insalar öz ərizəsini uyğunlaşdırmaq məqsədi ilə şəxsi məlumatlarında qeyri-dəqiq şeylər yazır, tərcümeyi-hallarında bəzi faktları şişirdirlər. Lakin əksər hallarda məhz bu kimi hərəkətlər imtinaya səbəb olur. Miqrasiya zabitinə sənədləşdirilmiş faktlar əsasından yalnız doğru məlumatların təqdim edilməsi sizin ABŞ-a immqirasiya etmək üçün yeganə yolunuzdur». 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR