Sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silah və zirehli geyimləri nümayiş etdirilir.
İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunur. Dünyanın ən böyük tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.
Sərgidə nümayiş olunan silah və zirehli geyimlər müxtəlif döyüşlərdə iştirak etmiş orijinal nümunələrdir.
“Silahların əfsanəsi”ndə ziyarətçilər tarixin canlı şahidi olur, hər bir eksponata dair maraqlı faktlar əldə edirlər.
Bu kolleksiya indiyədək Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya və Yaponiyada nümayiş etdirilmişdir. San-Fransisko, Hyuston, Nyu-York, Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi sərgini izləmək imkanı əldə ediblər.