Tuzim mövsümünün sona yaxınlaşması ilə bağlı olaraq turizm şirkətləri artıq senntyabr ayı üçün endirimli qiymətlərini açıqlayıblar. Fins.az-ın sorğusu göstərdi ki, tur paketlərin qiymətlərində 20-30 faiz ucuzlaşma olacaq. Artıq Antaliya və Dubay otellərində payız endirimləri başlayıb. Ondan faydalanmaq üçün öncədən bronlaşdırma etmək lazımdır.
Türkiyədə dincəlmək neçəyə olacaq?
Yerli turizm şirkətlərimizdə indi payız endirimləri, əsasən, Antaliya , Bodrum və Kuşadası istiqamətindədir.
Antalyanın 5*-lu otellərində qiymətlər 489 dollardan başlayır. Məsələn, 30 avqust-6 sentyabr tarixləri üçün Queen's Park Göynük ( Kəmər) hotelində din cəlmək 489 dollara təklif edilir. Qeyd edək ki, iyul-avqust aylarında bu qiymət 689 dollar olub..
Qiymətə 7 gecə 8 gün hoteldə gecələmə, qidalanma (Aİ və UAİ), aviabilet, transfer v ə sığorta daxildir. Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün hesablanıb. Bu qiymətlər tarixindən əsaılı olaraq dəyişə bilər.
2 sentyabr – 9 sentyabr tarixlərində “Grand Ring” Hoteldə 5* ( Kəmər) istirahət 546 dollara təklif edilir. İyul-avqust aylarında isə bu qiymət 625 dollar olub.
Kəmər və Antalyada yerləşən “Rose Residence Beach” Hotel 5* 30 avqust-6 sentyabrda turistləri 540 dollara qarşılayacaq. İyul-avqust aylarında bu qiymət isə 841 dollar təşkil edib.
31 avqust – 7 sentyabr tarixlərində “Otiumeco C lub Side” 5* -da dincəlmək 559 dollara b aşa gələcək. İyul-avqust aylarında isə burada istirahət qiyməti 654 dollar olub.
VİP hotellər də qiymətlərində endirimlər edib.
2 sentyabr – 9 sentyabr “Rixos Beldibi” 5* (Kəmər) – 947 dollar
2 sentyabr - 9 sentyabr “Rixos Sungate” 5* ( Kəmər) – 1 055 dollar
2 sentyabr - 9 sentyabr “Rixos Premium” 5* (Bələk Antalya) – 1 233 dollar
30 avqust - 6 sentyabr “Maxx Royal Kəmər Resort & Spa” 5* (Kəmər) – 2 647 dollar
Bu qiymətlərə hoteldə 7gecə / 8 gün gecələmə, qidalanma (Aİ və UAİ), aviabilet, transfer, sığorta daxildir.
Dubay hotelləri də qiyməti aşağı salıb
Ərəb Əmirliyin “DANAT AL KHALEEJ” Turizm şirkətinin satış üzrə təmsilcisi Kristina İyeqorovna fins.az-a bildirib ki, indi payız endirimləri start göturüb. Endirimli oteller sırasına “Madinat Jumeirah Al Qasr”5* hoteli də var. Burada 13 oktyabr - 21 oktyabr tarixlərində dincəlmək 682 dollara təklif edilir. İyul-avqust aylarında isə bu qiymət 958 dollar olub.
Yerli turizm şirkətlərinin verdiyi məlumata əsasən, artmaqda olan dolların kursuna əsasən onlar eb dirim paketlərini müştərilərinə təqdim edə bilmirlər.Yalnız az fərqi olan otelləri təqdim etmək mümkündür.