6000 güldən ibarət xalça - İNANILMAZ GÖZƏLLİK

Xəbərlər 17 Avqust 2016 00:00 947
6000 güldən ibarət xalça - İNANILMAZ GÖZƏLLİK

Belçikanın paytaxtı Brüsselin Qrand meydanında güllərdən ibarət xalça hazırlayıblar. İnstallyasiya Belçika və Yaponiya arasında diplomatik münasibətlərin 150 illiyinə həsr olunub. Hər iki ildən bir Brüsselin mərkəzi meydanına canlı çiçəklərin ləçəklərindən ibarət xalça sərirlər. Seyyah.az Buro247.az-a istinadən xəbər verir ki, bu ənənə 1971-ci ilin avqustunda yaranıb. O zaman Şərqi Fladriyanın paytaxtı olan Gent şəhərindən olan bağbanlar ilk dəfə olaraq, "Çiçəkli xalça" festivalı üçün Qran-Plas meydanını çiçəklərlə doldurmuşdular.

 

2016-cı ildə təqdim edilən 6000 beqoniyadan ibarət çiçəkli xalçada klassik Belçika və Yaponiya stilləri uyğunlaşır. Layihənin dizaynerləri Fyuci Suzuki və belçikalı Mark Şotte xalçanın üzərində 2 il müddətində çalışıblar. Onların düşüncəsinə görə, xalça ilin dörd fəslini simvolizə edir. 

"Çiçəkli xalça"nın açılış mərasimi Cakomo Puççininin "Madam Batterflay" operasının müşayiəti ilə baş tutub. İnstallyasiya paytaxt sakinləri və qonaqlarını avqustun 16-na qədər sevindirəcək.

OXŞAR XƏBƏRLƏR