Azərbaycanda istirahət mərkəzində - ÖLÜM

Xəbərlər 18 Avqust 2016 00:00 1171
Azərbaycanda istirahət mərkəzində - ÖLÜM

Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib.

Seyyah.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü Lənkəran rayon Velədi kənd sakini Şıxəlizadə Zəhra Səfail qızı özünü pis hiss edərək pilləkəndən yıxılıb və ağır vəziyyətdə Ləkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin üzərində həyat əlamətləri olmadığından meyit aidiyyəti üzrə təhvil verilib.

Lənkəran rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR