Kənd evlərində Novruz Bayramı - KƏNDİNİZƏ GƏLİN!

Novruzu əsl bayram əhval-ruhiyyəsi ilə kənd evlərində qarşılayın
Xəbərlər 16 Mart 2014 00:00 1661
Kənd evlərində Novruz Bayramı - KƏNDİNİZƏ GƏLİN!

Novruz Bayramını əsl bayram əhval-ruhiyyəsi ilə kənd evlərində qarşılayın. Baharı Azərbaycanın bölgələrində qarşılamaq sizi qədim adət-ənənələrimizə qaytaracaq, buradakı bayram mərasimləri və şən atmosfer isə unudulmaz anlar bəxş edəcək.

Buradakı səmimi mühit, gözəl əhval-ruhiyyə, milli xörəklər, evdə bişirilmiş şirniyyatlar, şən zarafatlar və hər bir daşında his olunan milli kolorit uşaqların və böyüklərin yaddaşından uzun müddət silinməyəcək.

Bölgələrə gedin - bayram dövründə standart, çərçivələrlə dolu, ölçülüb-biçilmiş şəhər həyatından uzaqlaşın.

Baharın gəlişini, təbiətin oyanmasını çoxdan bəri baş çəkmədiyiniz Azərbaycan kəndlərində qarşılayın.

Bir sözlə - KƏNDİNİZƏ GƏLİN!

 

OXŞAR XƏBƏRLƏR