Four Seasons Hotel-dən maraqlı təklif- ayı balası Teddlə səhər yeməyi

Xəbərlər 17 Mart 2014 00:00 1581
Four Seasons Hotel-dən maraqlı təklif- ayı balası Teddlə səhər yeməyi

Four Seasons Hotel uşaqlar və böyüklər üçün maraqlı layihə həyata keçirir. Seyyah.az-ın məlumatına görə, martın 15-nən başlayaraq, hər şənbə günü səhər saat 11:00-dan 14:00-a qədər Zafferano Restoranında ayı balası Teddi ilə səhər yeməyi yemək olacaq. 


Qonaqlara geniş çeşiddə vafli, qrildə hazırlanmış ət, müxtəlif şirniyyatlar və bişmələr, uşaqlar üçün quraşdırılmış “İsveç masası”-nda isə fəsəli, un məmulatları, meyvələr və isti xörəklər təqdim olunacaq. Balaca qonaqlar onlar üçün xüsusi ayrılmış məkanda oyuncaq, cizgi filmləri izləyəcək və ayı balası Teddı ilə təmas quracaqlar. Teddi branç boyunca balaca qonaqlarla əylənəcək. 


Brançı daha maraqlı etmək məqsədi ilə, Four Seasons Hotel Baku ailəsi balaca qonaqlar üçün xüsusi nağıl vaxtınıda təyin edib.

Bundan əlavə, hər şənbə oyuncaq ayı balalarıda əldə etmək olacaq. Oteldən verilən məlumata görə,Toplanan vəsait xeyriyyə məqsədi ilə “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyininə təqdim olunacaq. Buna görə də, balaca qonaqlar da öz oyuncaqlarını xeyriyyə məqsədi ilə hədiyyə edə bilərlər. 


Qiymət: Bir nəfər üçün 35 AZN

Ayıcıqın qiyməti: 8 AZN
6 yaşına qədər uşaqlar üçün pulsuzdur.
6 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün – 50% endirim 

OXŞAR XƏBƏRLƏR