“Şahdağ”-da turistlər üçün yeni xidmətlər təklif olunacaq

“Şahdağ” Qış-Yay Turizm Kompleksində qış mövsümündə turistlər üçün yeni xidmətlər təklif olunacaq. Kompleksdən AzərTAc-a bildirilib ki, bu mövsümdə yeni hotelin açılışı planlaşdırılır
Xəbərlər 24 Oktyabr 2013 00:00 1619
“Şahdağ”-da turistlər üçün yeni xidmətlər təklif olunacaq

“Şahdağ” Qış-Yay Turizm Kompleksində qış mövsümündə turistlər üçün yeni xidmətlər təklif olunacaq. Kompleksdən AzərTAc-a bildirilib ki, bu mövsümdə yeni hotelin açılışı planlaşdırılır. Bununla yanaşı, turistlər üçün atla gəzintilər, dağlarda turnirlər təşkil ediləcəkdir. Hazırda dağ turnirlərinin təşkili üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə danışıqlar aparılır.

 

Qış turizm mövsümü dekabrın ortalarında açıla bilər. Əgər dekabrın əvvəllərində hava soyuq olsa, onda 10-15 gün ərzində hazırlıq işləri aparılacaq və dekabrın ortalarından mövsüm açıq elan ediləcək.

 

Qeyd edək ki, ölkəmizdə turizm sahəsində miqyasına görə ən iri layihə olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ilk mərhələsinin açılışı 2012-ci ilin dekabrında keçirilib. Qusar rayon mərkəzindən 32 kilometr məsafədə, Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin 2058 hektar sahəsi var. “Şahdağ” kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur.

 
OXŞAR XƏBƏRLƏR