Azərbaycandan ABŞ-a birbaşa aviareyslər bu ilin yayında və ya payızında açıla bilər. Seyyah.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Onun sözlərinə görə, ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi tərəfindən Azərbaycan şirkətlərinə Birləşmiş Ştatlara birbaşa reyslər həyata keçirməyə imkan verən sertifikat verilib: "Təhlükəsizlik məsələləri üzrə daha bir neçə yoxlama keçirilməlidir. Bu məsələ problem yaratmamalıdır".
Diplomatın fikrincə, bu, Azərbaycan-ABŞ əməkdaşlığını nümayiş etdirən daha bir sahədir: "Hesab edirəm ki, biz faktiki olaraq əməkdaşlıq etdiyimiz və tərəqqiyə nail olduğumuz digər sahələri unutmamalıyıq".