Lahıcda şortikə qadağa barədə - RƏSMİ AÇIQLAMA

Xəbərlər 24 Avqust 2016 00:00 738
Lahıcda şortikə qadağa barədə - RƏSMİ AÇIQLAMA

İsmayıllı rayonunun Lahıc qəsəbəsində şort geymək qadağan edildi. Bu barədə elanın şəkili sosial şəbəkələrdə paylaşılıb. Elanda qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsi ən çox turist cəlb edən məkanlardan biridir. 

Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirib ki, Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan şəkil 2013-cü ilə aiddir. Onun sözlərinə görə, 2013-cü ildə elə bu məsələ ilə bağlı İsmayıllı rayonunun Lahıc bələdiyyəsinin üzvü işdən çıxarılıb.

Qeyd edək ki, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev virtualaz.org saytına açıqlamasında vaxti ilə belə bir elanın qəsəbə ərazisində olduğunu inkar etməyib.

Mənbə: Oxu.az 

OXŞAR XƏBƏRLƏR