Nabranda iki dost faciəvi şəkildə öldü – YENİLƏNİB

Xəbərlər 24 Avqust 2016 00:00 737
Nabranda iki dost faciəvi şəkildə öldü – YENİLƏNİB

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində  dənizdə batan ikinci şəxsin dә meyiti tapılıb. Seyyah.az-ın  APA-ya istinadən verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlunun meyiti Fövqәladә Hallar Nazirliyinin әmәkdaşları tәrәfindәn tapılaraq aidiyyatı üzrә tәhvil verilib.

Qeyd edәk ki, Quba rayonu Digah kənd sakinləri,  1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.

Eləcə də bax: “Şıxov”da faciə: Qarğıdalı satan özünü qurban verdi

Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunmuşdu. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti bu gün batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

17:30

Nabran çimərliyində iki dost dənizdə boğulub. 

Oxu.Az xəbər verir ki, Report-un Şimal bürosunun məlumatına görə, Quba rayon sakinləri dənizdə çimərkən suda batıblar. 

Onlardan birinin - Qubra rayonunun Diogahoba kənd sakini, 1982-ci il təvəllüdlü Roman Abdul oğlu Nəcəfovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib. 

Hələlik şəxsiyyəti məlum olmayan digərinin axtarışları davam etdirilir.

OXŞAR XƏBƏRLƏR