Dünyanın məlum olan ən yaşlı bel çantalı səyyahı 95 yaşını yeni bir dünya turu ilə qarşılamaq fikrindədir. Seyyah.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 85 yaşında ilk dəfə dünya turuna çıxan Avstraliyalı Keys Rayt təqaüdçüdür və 28 may tarixində 8ci dəfə dünya turuna çıxmaq üçün Avropaya getməyə hazırlaşır. Artıq indidən 2 ay boyunca gedəcəyi yerləri müəyyən edib: Madrid, San Sebastyan, Paris, Münix, Vyana və daha sonra İngiltərəyə getməyi planlaşdırır.
Son 10 il ərzində Qərb və Avropa başda olmaqla, bir çox ölkəni ziyarət edən Keys səyahətə həyat yoldaşı Barbara vəfat edəndən bir neçə il sonra başlayıb. İlk səyahətini Türkiyəyə avtobusla edən Keys hesab edir ki, pulu var, gəzir fikri yalnışdır. Belə ki, o, çox kiçik büdcə ilə bütün ilə olan səyahətini planlayır, ən ucuz uçuş biletlərini alır və hostellərdə qalır.
II dünya müharibəsi veteranı olan Keys Rayt deyir ki, "Həyatım boyu gəzməyi düşünən adam olmuşam və həmişə Geliboludakı "Anzak günü"nə getmək istəmişəm. Ona görə, evimi satdım, üzərinə biraz pul qoyub yola çıxmaq qərarına gəldim". "Bir çox turistin görmədiyi şeyləri görürəm. Çünki əsasən arxa küçələrdən gəzərək yaxın məsafələrə getmək mümkün olduğu qədər tramvay və avtobusdan istifadə edirdim. Bir çox insan yaşımı söyləyəndə inanılmaz dərəcədə təəccüblənir və Avstraliyadan buralara qədər tək başına necə gəldiyim onları çox maraqlandırır".
İnsan yaşlandıqca problemlərlə mübarizədə gənclər qədər dayanıqlı olmaya bilər, lakin yaxşı səyyah bunu çox gözəl bilir ki: təcrübə hər şeydən önəmlidir. Əgər yetərincə təcrübən varsa, adi bir problemin həllinı sərf etdiyin enerji qədər istədiyin şeyə enerji sərf etsən, ona nail ola bilərsən. Ona görə hər şeyə bir qulp qoymağı və bəhanə axtarmağı buraxıb güvənli bölgənin xaricinə çıxın. Əlbəttə ki, səyahət etmək sizin üçün həqiqətən bir şey ifadə edirsə!