Qız Qalasının önündə şahmat - OYNAYA BİLƏRSİNİZ

Xəbərlər 3 Sentyabr 2016 00:00 693
Qız Qalasının önündə şahmat - OYNAYA BİLƏRSİNİZ

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu şahmatın inkişafına özünəməxsus şəkildə dəstək verib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Təhsil Nazirliyinin dəstəyi ilə İçərişəhərin dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Qız qalasının qarşısındakı meydanda küçə şahmatı quraşdırılıb. Qədim oyunun böyük fiqurlarının düzüldüyü şahmat meydanı İçərişəhərin koloritini artırmaqla yanaşı, tarixi ansambla xüsusi gözəllik bəxş edir. Küçə şahmatı intellektual oyunları, asudə vaxtını fərqli və mənalı keçirməyi, kreativliyi və ünsiyyəti sevən insanlar üçün ən uyğun və orijinal seçimdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi intellektual oyunlara marağı və bacarığı olan Bakı sakinlərini, eləcə də şəhərimizin qonaqlarını İçərişəhərdə, Qız qalasının yanında gəzintiyə çıxmaqla yanaşı, şahmat oynamağa dəvət edir.

Mənbə: Azərtac

OXŞAR XƏBƏRLƏR