"British Airways" İrana uçuşları - BƏRPA ETDİ

Xəbərlər 3 Sentyabr 2016 00:00 477
"British Airways" İrana uçuşları - BƏRPA ETDİ

Böyük Britaniyanın "British Airways" aviaşirkəti sentyabrın 1-dən etibarən İrana müntəzəm uçuşları bərpa edib.

İlk reys yerli vaxtla səhər saat 9-da Tehrana yola düşüb. Bu gündən uçuşlar həftədə 6 dəfə yerinə yetiriləcək. İlin sonunadək şirkət gündəlik uçuşlar həyata keçirmək niyyətindədir.

Aviaşirkət İrana uçuşları 2012-ci ildə ölkədə qeyri-sabit vəziyyətlə əlaqədar ləğv etmişdi.

Qeyd edək ki, Avropanın bir sıra şirkətləri İrana uçuşları bərpa etməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR