Parisdə velosipedlərin icarəsi pulsuz olub

Xəbərlər 22 Mart 2014 00:00 1479
Parisdə velosipedlərin icarəsi pulsuz olub

Paris meriyası elektromobillərin və velosipedlərin icarəsini pulsuz eləmək qərarına gəlib. İdeyanın məqsədi əhalini ölkənin ekoloji problemləri barədə düşünməyə çağırmaqdır.


Seyyah.az Euromag-a istinadən xəbər verir ki, bu həftə Fransanın bir neçə bölgəsində havanın çirklənməsi ilə bağlı vəziyyət xeyli pisləşib. Ən çox çirklənən bölgələr Mərkəzi Fransa, Yuxarı Normandiya, Kalvados və Manş bölgələridir. Ekoloji nəqliyyatın təmənnasız icarəsi Paris sakinlərini dizel mühərrikli şəxsi avtomobillərindən imtinaya məcbur etməlidir.


Yalnız icarə vaxtı 30 dəqiqədən artıq olduqda, əhali velosipedlərdən istifadəyə görə pul ödəməli olacaq.


Elektromobillərdən pulsuz istifadə etmək üçün sadəcə Autolib’ şirkətinə abinə olmaq lazımdır.


OXŞAR XƏBƏRLƏR