İşçilərin əmək hüquqları tanındığı kimi istirahət hüququ da tanınır. Fins.az ayrı-ayrı ölkələrdə istirahət günlərinin sayını araşdırıb. Hesablama zamanı, biz yalnız dövlət tərəfindən ödənilən bazar günləri istisna olmaqla, bayram və minimum məzuniyyət günlərinin sayını nəzərə almışıq. Çunki hər bir ölkənin bu məsələdə xüsusi fərqləri var. Məsələn, ABŞ-da tətil günləri heç bir qanunvericiliyə tabe olmur, hər bir şirkət öz daxili qaydalarından asılıdır. Asiyada isə məzuniyyət günlərini birdəfəlik istifadə etmək, ümumiyyətlə, düzgün hesab olunmur. Ona görə də, asiyalılar rəsmi şəkildə icazə veriləndən daha az istirahət edirlər.
| Dövlət | Qeyri-iş günlərinin sayı | Məzuniyyət | Bayram günləri |
| Kamboca | 42 | 15 | 27 |
| Azərbaycan | 40 | 21 | 19 |
| Malta | 38 | 24 | 14 |
| Fransa | 36 | 25 | 11 |
| Böyük Briyaniya | 36 | 28 | 8 |
| Rusiya | 32 | 20 | 12 |
| Braziliya | 30 | 22 | 8 |
| Avstraliya | 30 | 20 | 10 |
| Almaniya | 29 | 20 | 9 |
| Hindistan | 27 | 12 | 15 |
| Danimarka | 25 | 25 | 0 |
| Banqladeş | 21 | 10 | 11 |
| Niderland | 20 | 20 | 0 |
| Baham adaları | 20 | 10 | 10 |
| Honkonq | 19 | 7 | 12 |
| Sinqapur | 18 | 7 | 11 |
| İspaniya | 18 | 7 | 11 |
| Kanada | 16 | 10 | 6 |
| Çin | 16 | 5 | 11 |
| Meksika | 12 | 5 | 7 |
| ABŞ | 0 | 0 | 0 |