Dünyanın ən dəbdəbəli və lüks aviaşirkətlərindən biri olan Qatar Airways Bakıdan dünyanın müxtəliF ölkələrinə uçuşlarda böyük endirimlərə başlayıb. Seyyah.az-ın məlumatına görə, bu endirimlər «Qatar Airways»in «Səyahət Festivalı» çərçivəsində təqdi edilir. Kampaniyanın şərtlərinə görə, şirkətin «ekonom» sinifinin müştəriləri müxtəlif istiqamətlərə böyük endirimli güzəştli qiymətlərlə uça biləcəklər.
Qeyd edək ki, «ekonom» sinifdə sözükeçən təkliflərdən faydalanmaq üçün biletləri 5 Sentyabr 2016 tarixinə qədər əldə etmək tələb olunur.
Bu biletlərlə səyahət müddəti 15 Sentyabr 2016 – 30 İyun 2017 tarixləri arasında olacaqdır.
Ekonom siniflər üçün təklif edilən bəzi istiqamətlər üzrə qiymətlər aşağıdakı kimidir:
Baku- New York- 680 AZN
Baku- Tbilisi- 295 AZN
Baku- Washington- 1015 AZN
Baku- Dubai- 417 AZN
Baku- London- 677 AZN
Baku- Singapore- 1022 AZN
Baku- Denpasar- 1333 AZN
Baku- Maldives- 1066 AZN
Baku- Tokio- 1270 AZN
Baku- Guangzhou- 966 AZN