Bakının dəniz sahilindəki restoranları - SİYAHI

Xəbərlər 3 Sentyabr 2016 00:00 86909
Bakının dəniz sahilindəki restoranları - SİYAHI

Yay fəsli istirahət və səyahət dövrüdür. Azərbaycanlılar üçün istirahətin ən yaxşı növü isə dadlı təamlardan ləzzət almaqdır. Xəzər sahilindəki Bakıda bunun üçün hara üz tutmaq lazımdır?! Əlbəttə ki, dəniz kənarındakı restoranlara. Paytaxtda dənizkənarı restoranların sayı kifayət qədərdir. Amma onların arasında yüksək zövq və xidmət tələblərinə cavab verənlər azdır. Seyyah.az Bakının dəniz kənarındakı tanınmış restoranlarını təqdim edir.   

1. “Shore House” restoranı

shore

Bu restoran Nardarandakı “See Breeze Resort”un daxilində yerləşir. “Shore House”da manqal və təndirdən hazırlanan Azərbaycan yeməkləri, assorti qutablar, cürbəcür plovlar, nərə balığından buğlama, balıq yeməkləri, isti məzələr, desertlər və digər təamlar təklif olunur. Restoranın təmiz sahilində kiçik yürüyüşə də çıxa bilərsiniz.

2. Restoran “İntourist”

 intur

Bayraq meydanının yaxınlığında yerləşən “İntourist” restoranında Qafqaz, Slavyan, Baltikyanı və Orta Asiya mətbəxi təklif olunur. Menyuda ənənəvi pelmenlər, ətli uxa, Belorusiya dranikləri, kabablaı və dolma qarşınıza çıxacaq. Ədviyyatlı şərq yeməkləri – şurpa, doyumlu mantı, lağman və gizli reseptlə bişirilmiş Asiya plovu isə sizin üçün yeni bir kəşf olacaq. Baltikyanıdan qeyri-adi və yüngül yeməklər – seppelinlər, İntourist restoranının hiti – zərif “Kama” deserti, qızıl balıqlı və ya kilkəli smorrebrodlar yemək həvəskarlarını təəccübləndirə bilər. Restoranın özəlliyi onun taxta sobası olan açıq mətbəxindədir və qara çörək elə oradaca bişirilir.

3. “Sherlock’s beach”

sherlo

Buranın infrastrukturuna koteclər, hovuzlar, divan, restoran pavilyonları, dəniz sahilində yerləşən çardaqlar və balaca estakada daxil olan restoran-mehmanxana daxildir. Axşamlar “Sherlock`s beach”də canlı musiqi səsləndirilir. Vokal və instrumental kompozisiyalar rahat atmosfer yaradır.

4. “Halikarnas” balıqçısı

halikarnas

“Halikarnas” balıqçısı Xəzərin sahilində, Hövsan yolu, Qum adasında yerləşir. Restoranın interyeri gəmi göyərtəsi formasındadır. Restoranın 200 nəfərlik qış zalı, 500 nəfərlik bağı, 11  VIP otağı və 4 delux salonu var. Burada ağbalıq və nərə ikrası, nərə balığından dolma, turşuya qoyulmuş balıq, paela (düyü və dəniz məhsullarından hazırlanan ispan yeməyi) və bir çox başqa yeməklər təklif olunur. Hazırlanan yeməklər üçün balıq Türkiyədən gətirilir.

5. “Nar&Sharab” restoranı

narse

Xəzər sahilindəki bu restoranın zalı müxtəlif banketlər, buraxılış gecələri, yubiley və ailə bayramları keçirmək üçün uyğundur. Gəmi kayutunu xatırladan xüsusi otaqlar bej-qəhvəyi çalarlarda tərtib edilib və kiçik kampaniyalar, romantik görüşlər üçün nəzərdə tutulub. Burada müxtəlif balıq təamlarını, salatları və şorbaları dada bilərsiniz.

6. “Darya Fish house”

derya

Bura əla mətbəxi olan ailəvi balıq restoranıdır. Restoran Bibiheybət yaxınlığında yerləşir və manqal, tavada hazırlanan suf, sazan, kefal, kütümdən hazırlanmış balıq yeməkləri ilə məşhurdur. Restoranda 50 nəfərlik 3 banket zalı, 100 nəfərlik panorama zalı, həmçinin 200 nəfərlik dəniz körpüsü fəaliyyət göstərir. Terrasdan dənizə gözəl mənzərə açılır.

7. “Promenade Sunset Bar & Lounge”

jumeirah-bilgah-beach-hotel-restaurants-promenade-01-hero

Restoran “Jumeyrah Bilgah Beach”də yerləşir. Olduqca gözəl mənzərəsi var. Burada müxtəlif balıq məhsullarını dada, kokteyl içə, qəlyan çəkə və dənizin səsini dinləyə bilərsiniz.

8. “Beluga” restoranı

beluga

Restoran Buzovna qəsəbəsində yerləşir. İnteryeri təbii materiallar, ağac və daşlarla, isti, rənbərəng tonlarla tərtib edilib. Buranın menyusu balıq kababı, ət, toyuq, nərə və qrildə qızılbalıq, müxtəlif qızardılmış balıqlar, steyklər, soyuq və isti məzələr, qutablar, salatlar, desertlərdən ibarətdir.

9. “Jazzy Beach”

jazz

Bura “Khazar Golden Beach Hotel”də yerləşir. Məkan təmiz sahili ilə fərqlənir. Restoranda ləzzətli təamları dada, canlı caz musiqisindən zövq ala və Dj-lərin ritmləri altında rəqs edə bilərsiniz.

10. Mirvari restoranı

mir

Restoran Zaqulbada, müasir ikimərtəbəli binada yerləşir. Xəzərə açılan mənzərəsi və terrası var. Restoranın interyeri müasir, zərif üslubdadır. Burada təklif edilən milli və Avropa yeməklərindən dada bilərsiniz. Məkan korporativ tədbirlər, banketlər, romantik görüşlər və ailəvi istirahət üçün nəzərdə tutulub. Uşaqlar üçün isə xüsusi menyu var.

Eləcə də bax: "Əyləncə mərkəzləri müştərinin "cibinə" girir" - ARAŞDIRMA

Mənbə: sey-yah.com

OXŞAR XƏBƏRLƏR