Günü 50 lirəyə (27 AZN) Avropanı gəzmək olarmı? Əlbəttə, özü də necə gəzmək! Yetər ki, buna vaxt ayır, ürəkdən istə və niyyət et… Yaxşı, bunu necə edək deyirsizsə, gəlin sizə bildiyim yolu danışım.
EY, AVROPA!
Arxamca küləyini əsdir, daşları önümdən çək; velosipedlə gəlirəm…
Velosipedlə Avropa turuna çıxmaq olduqca asandır. Əvvəlcə özünüzə velosiped alın.
Sonra bir istiqamət seçin və mümkünsə özünüzə yol yoldaşı tapın. Velosipedim var, istiqamətim bəlli: Vyana-Belqrad arası…
Yol yoldaşım isə oğlumun dostu Yusifdir…
GETDİK
Bir çox hava yolları şirkəti velosipedinizi uçduğunuz yerlərə müəyyən məbləğ qarşılığında aparır. Bəzi şirkətlərdə isə bu qiymət biletə daxil edilir.
Vyana velosipedlə gəzmək üçün möhtəşəm şəhərdir…
Şəhərdə velosipedlə olanlar üçün yollar çəkilib. Bu yolların uzunluğu 1200 km-dir.
Əgər özünüzlə aparmağa velosipediniz yoxdursa, buradan kirayə götürə bilərsiniz.
Velosipedlə olsaz belə, yol hərəkəti qaydalarına mütləq riayət edin.
Avropada ucuz qala biləcəyiniz bir çox yerlər var. Bu yerlər səyyahların ən çox ziyarət etdikləri ünvanlardır. Bəzi hostellərdə gecəsi 10 avroya və hətta daha ucuz qala bilərsiniz.
Biz də bu seçimdən faydalandıq və restoran əvəzinə marketdən aldıqlarımızla qarnımızı doyurub, Vyanadan yolumuza çıxdıq…
Vyananın çıxışında möhtəşəm qraffitilər var. Bu divarlar Dunay çayının sahilindəki yolların altındadır.
İstiqamətimiz Slovakiyanın paytaxtı Bratislavayadır.
Yol müəyyən müddətdən sonra adamı yorur…
Lakin eyni zamanda ovsunlayıcı mənzərələrlə rastlaşırsız.
Bir az da AvroVelodan danışaq. Bu, Avropanı əhatə edən velosiped yolu şəbəkəsidir. 12 istiqamətdə getmək mümkündür.
Velosiped yolları boyunca məlumat ala biləcəyiniz lövhələr var.
Bratislavaya çatdığımızda şəhərin ən ucuz hostelini tapa bildik. Gecəsi adambaşına 12 avro. Bir az dil tökdükdən sonra 10 avroya endirdik.
Bu heykəlin adı Cumildir… Bratislavaya gələnlər ən çox bununla şəkil çəkdirirlər.
Bu da ekonomik səfərimizin ən dadlı yeməyi. Qatıq, kefir və çörək. Toplam xərci 5 avronu keçmir.
Bratislavadan çıxdığımız zaman qarşımızdakı velosiped yolu şosseni xatırladır…
Meşəlik yerlərdən keçərkən qarşımıza ilan çıxır.
Macarıstan ərazisinə çatdıq. Buranın adı Dunakilitidir…
Həyatım boyu gördüyüm ən gözəl yerlərdən biridir…
Burada iş tapsam, geri qayıtmaram.
Macarıstanda kəndlər, qəsəbələr belə sakit, rənglidir…
Yol boyu çiçək tarlaları bizi müşayiət edir…
Velosiped yolları isə ümumiyyətlə belədir…
Velosiped yolu olmayan yerlərin istiqamətini isə gündəlik həmin ərazidən maksimum 1000 maşının keçdiyi ümumi yola birləşdiriblər. Bu da problem deyil. Çünki avropalı sürücülər velosipedlə olanlara qarşı diqqətli davranırlar.
Acdığınız zaman hər yerdə market tapa bilməzsiniz. Lakin bəzi kəndlərdə şirin baqqal xalalar var.
Cəmi 3 avroya qarnımızı doyurduq və üstəlik özü bişirdiyi çörəklərdən hədiyyə verdi. Bu səfərə çıxmasam, belə gözəl insanlarla rastlaşmazdım. Belə gözəl insanları haradan tapa bilərəm? Eyfel qülləsinin altında? Vatikanın qapısında? Heç də deyil!
Yol yorur. Asan deyil. Gündə 80-115 km arası pedal çeviririk.
Soruşsalar Avropanın mərkəzində nə var, şübhəsiz qarğıdalı tarlaları deyərəm…
Təxminən 100 km pedal çevirdiyimiz həmin günün sonunda özümü qəhrəman kimi görürəm.
Əgər hosteldə yox, pansionatda qalsaz iki nəfərlik otaq üçün cəmi 25-30 avro ödəməlisiz… Bu rəqəmi iki nəfər arasında böldüyünüzdə ucuz olduğunun fərqinə varırsız.
Bu, Viktordur. Esterqon qalasının (Macarıstan – red.) girişində fleyta ilə folklor musiqilərini səsləndirir.
Esterqonda yorulduğumuzu başa düşüb, Budapeştə avtobusla getməyə qərar verdik. Velosiped üçün ayrıca ödəniş yoxdur.
Budapeşt səyyahlar üçün yaxşı imkanlar təqdim edən bir şəhərdir. Çünki restoranlarda ucuz və dadlı yeməklər yeyə bilərsiniz.
Andrassy bulvarındakı bu köhnə binada gecəsi 7 avroya qaldıq…
Bu da otağımız. Velosipedlərimizi də otağa qoyduq. Çünki Avropada velosiped oğruları çoxdur. Bağlayanda belə kəsib aparırlar.
Budapeşt insanı ovsunlayan şəhərdir…
Tur boyunca meyvəyə heç pul vermədik. Çünki yollar meyvə ağacları ilə “dolub-daşır”.
Belə süfrəyə ortalama iki adam üçün 10-12 avro ödədik.
Bura isə yolumuzu azıb gəlib çıxdığımız Rackeve qəsəbəsidir. Yaxşı ki, də yolumuzu azmışıq.
Getdiyimiz yolları göstərən GPS cihazı eyni yerlərdə dövr etdiyimizi göstərir. TASS adlı kənddə gecələməyə yer axtarırıq.
Axır ki, tapdıq. Erszebeth adlı qadının evində gecəsi iki adam üçün 15 avro ödədik.
Ev sahibi bizə ləzzətli səhər yeməyi də hazırladı…
Yolumuza davam edirik. Burası Bajadır… Dunayın sahilindəki şəhər.
Bajadakı pansionata yeməklə birgə 32 avro ödədik.
Bajadan sonra Serbiyaya yaxınlaşırıq. Yenə pulsuz meyvələr.
Bu da Serbiya sərhədi!
Serbiyanın girişində bizi pis yol qarşılayır.
Bura Sombordur. Serbiyanın Macarıstan sərhədindəki ilk qəsəbəsi.
Meydanda bir pizzaçı da var. Üç-beş qəpiyə hər kəsi yaxşıca doyururlar.
Yenə 10 avroya bir pansionat tapıb, yaxşıca dincəldik.
Buradan qatarla Belqrada gedirik. 1980-ci il istehsalı olan bu qatar o qədər bərbad idi ki, elə bildim burada öləcəm. Havalandırma sistemi yox, insanlar siqaret çəkir, oturacaqlar da çirkli.