"Malaziyada sevdiyim fakültəni oxuyuram" - MÜSAHİBƏ

Xəbərlər 3 Sentyabr 2016 00:00 1139
"Malaziyada sevdiyim fakültəni oxuyuram" - MÜSAHİBƏ

Azərbaycanlı tələbəninin yaşam tərzi ilə Sizi də tanış edək.

Mən, Əliyəv Elvin 1992-ci ildə Gəncə şəhərində anadan olmuşam. 2009-cu ildə Gəncə Özəl Türk litseyindən məzun olduqdan sonra İndoneziyaya getməyi qərarlaşdırdım. Bir il dil kursuna getdikdən sonra Universitas Indonesia (UI) adlı universitetin “Kompüter mühəndisliyi” fakültəsinə daxil oldum. Hazırda isə Malaziyadakı University of Malaya-Wales adlı universitetdə İnternet Mühəndisliyi üzrə təhsil alıram.

2

Dəbdən ehtiyaca gedən yol…

Bu gün xaricdə təhsil almaq bəziləri üçün dəb ola bilər. Amma həqiqətən elmə maraq göstərən, təhsil almaq istəyən şəxslər üçün bu bir ehtiyacdır. Çünki ölkəmizdə bir çox fakültələr yeni açıldığından hələ ki, tam inkişaf etməyib. Həqiqətən təhsil almaq istəyənlər üçün isə bu ehtiyacların bir çoxu xarici ölkələrdə ödənir. Oxumaq istədiyim fakültənin də xaricdə daha güclü olduğunu bilirdim. Magistraturaya IELTS imtahanının nəticəsi ilə qəbul oldum və Malaziyada bəyəndiyim fakültəni seçdim. Burada oxuyan Azərbaycanlı tələbələrin ən çoxu biznes və ya finans kimi bölümlərdə üstündürlər.

 

Universitetim…

Təhsil aldığım universitet 2015-ci ildə dünyada 146-cı sırada yer alan Bura University Malaya və İngiltərənin University of Wales adlı  universitetlərin açdığı özəl universitet sayılır. Hər iki universitetlərdə akademiklər ortaq dərslər keçir. Buranın özəliyi isə bakalavr təhsili alanlara böyük fürsətlərin olmasıdır. Tələbələrə son 2 ili İngiltərədə oxumaq fürsəti verilir.

4

Gənclərin tələbəlik həyatı…

Malaziya çox inkişaf etmiş bir ölkədi və tələbələr üçün bir çox yerdə endirimlər edilir. Burada tələbəlik həyatı daha asandı. Çünki yay mövsümü üstünlük təşkil edir ki, bu da çox şeyi asanlaşdırır. İlboyu dərslərə rahat paltarlarda girmək olur. Digər tərəfdən burada minik qiymətləri çox ucuzdu və tələbə istədiyi yərə tıxac olsa da vaxtında gedə bilər.

Hansı maraqlı əhvalatla qarşılaşmısınız?

Bura gəlmədən əvvəl İndoneziyada yaşadığım üçün və Malay dilini bildiyim üçün çoxda maraqlı əhvalat hələki başıma gəlməyib. Ancaq İndoneziyada yaşadığım vaxtlarda universitetə gedərkən yerlilər bizi “mister, foto mister” səsləyirdilər. Qısa desək, çox adam bizimlə şəkil çəkdirmək istəyirdi.

Ölkəmizin təmsili…

Burada səfirliyimizin və ya universitetimizin keçirdiyi tədbirlərdə imkan olduqca qatılmışam və orada Azərbaycan haqqında videolu və ya şəkillərlə təqdimatlar etmişəm. Ən yadda qalan isə Həydər Əliyev adına keçirilən səfirliklər arası demokratik futzal yarışmasında oynamağım idi. Azərbaycan komandası 1-ci yeri qazandı.

3

Gənclərə sözünüz…

Xaricdə oxumaq daha çox maddi problem kimi görsənir. Ancaq xaricdə təhsil almaq istəyənlər gedəcəkləri ölkəni seçməzdən əvvəl orada təhsil alan tələbələrimizi axtarıb məsləhət almalıdırlar. Çünki gördüyüm qədəriylə bir çox ölkədə bilmədiyimiz və alınması çox asan olan elə təqaüdlər var ki, ölkə içərisində olmadan onlar haqqında bilgi almaq biraz çətindi. Həqiqətən təhsil almaq istəyirlər isə daha çox araşdırma etsinlər. UĞURLAR!

OXŞAR XƏBƏRLƏR