Füsunkar Kappadokya otellərinin qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Xəbərlər 12 Sentyabr 2016 00:00 1246
Füsunkar Kappadokya otellərinin qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR

Qurban bayramı ilə əlaqədar sentyabrın 10-13 tarixlərində Azərbaycanda iş günü olmayacaq. Bu günlərdə kimisi evdə oturacaq, kimisi isə səfərə çıxacaq. Təbii ki, xarici səfər üçün 4 gün çox azdır, lakin maraqlı olacağını nəzərə alıb bu tarixlərdə Türkiyənin Kapadokya bölgəsində yerləşən otelləri araşdırdıq.

 

Bu tarixlərdə otellərin 95 faizi artıq rezervasiya edilib, edilməyən və cibimizə uyğun olan otelləri Seyyah.az təqdim edir:

 

1. Terra Cave Hotel

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsində yerləşir. Otel 19-cu əsrdə qayalarda oyulmuş otaqlardan ibarətdir. Hər gün açıq bufetdə qidalana, gözəl bağçasında dincələ bilərsiniz.

Ekonom iki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 495 manatdır. Qiymətə səhər yeməyi də daxildir.

 

2. Heybe Hotel

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsində yerləşir. Otelin hovuzu, türk hamamı və SPA xidməti var.

Ekonom iki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 193 manatdır.

 

3. Rox Goreme

 

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsində yerləşir. Oteldəki otaqların sayı 6-dır. İki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 487 manatdır.

 

4. Village Cave House Hotel

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsində yerləşir. Otelin otağındakı pəncələrdən Göreme Milli Parkını izləyə bilərsiniz. Oteldəki otaqların sayı 11-dir.

İki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 347 manatdır.

 

5. Divan Cave House

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsində yerləşir. Qəsəbəni bütövlüklə görə biləcəyiniz terrası var. Otelin SPA xidmətlərindən yararlana və yaxud velosiped kirayə götürməklə Kapadokyanı gəzə bilərsiniz.

İki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 293 manatdır.

 

6. Caravanserai Cave Hotel  

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsinə 5 dəqiqlik məsafədə yerləşir. Göreme Açık Hava Muzeyi və Bizans dövründən qalma kilsələr otelə 2 km məsafədədir. Oteldə 13 otaq var. İki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 220 manatdır.

 

7. Sos Cave Hotel

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsinə 5 dəqiqlik məsafədə yerləşir. Otelin terrasında səhər yeməyinin ləzzətini çıxara bilərsiniz. Axşamlar isə Məvlavi səma tamaşasını izləmə, türk xalq musiqilərini dinləmə imkanı var.

İki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 292 manatdır.

 

8. Relic House

 

Otel Kapadokyanın mərkəzində, Göreme bölgəsində yerləşir. Oteldə 10 otaq var.

İki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 232 manatdır.

 

9. Yusuf Bey House

 

Otelin terrasının möhtəşəm mənzərəsi var. Oteldən maşın və velosiped kirayə götürə bilərsiniz. Oteldə 7 otaq var. İki nəfərlik otağın 10-13 sentyabr tarixlərindəki qiyməti 231 manatdır.

 

Eləcə də bax: Bakıdakı hotellər şəbəkəsi - YENİ QİYMƏTLƏRİNİ AÇIQLADI 

Mənbə: sey-yah.com

OXŞAR XƏBƏRLƏR