"Turk Travel Baku"-dan: BİLET ALANA HOTEL HƏDİYYƏ

Xəbərlər 22 Mart 2014 00:00 1965
"Turk Travel Baku"-dan: BİLET ALANA HOTEL HƏDİYYƏ

"Turk Travel Baku" turizm şirkəti müştəriləri üçün maraqlı kampaniyaya start verib. "Turk Travel Baku"dan Seyyah.az-a verilən məlumata görə, şirkətdən aviabilet alan müştərilərə Bakıdakı "Ariva", "Paradise" və "Bosfor" hotellərinin istənilən birində 1 gecəlik qalma imkanı hədiyyə ediləcək.


Məlumatda bilirilir ki, bu kampaniya adı çəkilən otellərdə birnəfərlik "Standart" kateqoriyalı otaqları əhatə edir. Hədiyyə hotel xidmətindən həm bilet alan şəxsin özü, həm də onun istədiyi digər şəxs istifadə edə bilər. Biletləri email və ya telefonla sifariş etmək mümkündür.


Qeyd edək ki, adı çəkilən 4*-lu hotellər Bakının sürətlə inkişaf edən ərazisində - "Nərimanov" metro stansiyasının yaxınlığındakı Əhməd Rəcəbli küçəsində yerləşir. Hotel qonaqları burada səhər yeməyi ilə yanaşı, limitsiz internet, sauna, türk hamamı, qapalı hovuz, idman və fitness zalı, bilyard, stolüstü tennis, 24 saat ütü servisi və 24 saat tibbi xidmətdən (ilk yardım) faydalana biləcəklər.

OXŞAR XƏBƏRLƏR