“Baku Turk Oteller Grubu” Bakı şəhərində daha bir otelini istifadəyə verəcəkdir.
Seyyah.az “Marja”ya istinadən xəbər verir ki, qrupun fəaliyyətə başlayacaq 5-ci oteli “Riva Hotel-Baku” adlanır. Hotel 07.09.16-cı il tarixində Əhməd Rəcəbli küç. 1 ünvanında fəaliyyətə başlayacaqdır.
“Riva Hotel-Baku”da 1 nəfərlik otağın qiyməti 25, iki nəfərlik otaq isə 30 dollardır. 3 və 4 nəfərlik otağın qiyməti isə müvafiq olaraq 35 və 40 dollar təşkil edir.
Məlumat üçün bildirək ki, “Ariva Hotel”, “Askar Hotel”, “Baku Turk Oteli” və “Gorgud Plaza Hotel-Baku” otelləri ''Baku Turk Oteller Grubu”na məxsusdur.