Xarici turistlərin Azərbaycanda xərclədiyi - PULLAR AÇIQLANDI

Xəbərlər 12 Sentyabr 2016 00:00 705
Xarici turistlərin Azərbaycanda xərclədiyi - PULLAR AÇIQLANDI

2016-cı ilin I yarısında xarici ölkə vətəndaşları Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər.

Seyyah.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyyə balansında bildirilir. 

Bununla yanaşı, tədiyyə balansında o da bildirilir ki, bu dövrdə Azərbaycan vətəndaşları xaricdə 3,7 milyard dollar xərcləyiblər.

Tədiyyə balansına əsasən, qarşılıqlı xidmətlərin dövriyyəsi 5,7 milyar dollar təşkil edib, bunun 16,7 faizi (952 milyon dollar) nəqliyyat xidmətlərinin payına düşüb.

542 milyon dollar əcnəbilərin Azərbaycanda nəqliyyat xərcləri, 410 milyon dolları isə digər ölkələrdəki Azərbaycan rezidentlərinin xərcləri təşkil edib.

OXŞAR XƏBƏRLƏR