Qurban Bayramında hara gedək? – TƏKLİFLƏR, QİYMƏTLƏR

Xəbərlər 12 Sentyabr 2016 00:00 770
Qurban Bayramında hara gedək? – TƏKLİFLƏR, QİYMƏTLƏR
Qarşıdan müqəddəs Qurban Bayramı gəlir. Nazirlər Kabinetinin qərarı ilə bu münasibətlə sentyabrın 11-12 tarixləri qeyri-iş günü elan edilib. Ənənəvi istirahət günlərini (sentyabrın 9-10-nu) da nəzərə alanda 4 gün iş günü deyil. İstirahət üçün bundan yaxşı imkan?!
Seyyah.az fins.az-a istinadən xəbər verir ki, ölkə vətəndaşları Qurban Bayramı dövründə istər yerli, istərsə də xarici ölkələrə olan turlardan istifadə edə bilərlər.

Şəki-Qax-Zaqatala turu - 155 manat

Daxili turlardan biri ölkənin Şəki-Qax-Zaqatala zonasına təşkil edilir. 3 günlük tur adambaşına 155 manatdır.  ”Atlas travel” turizm şirkətinin təklif etdiyi bu səyahət paketi 3 gün 2 gecəni əhatə edir. Paketə gündə 3 dəfə qidalanma, həmçinin nəqliyyat və fotosesiya xərcləri daxildir. Bu tur zamanı istifadəçilər  4 ulduzlu Şəki otelində yerləşirlər. İik gün ərzndə isə Zaqatala və Qaxı gəzirlər.

 Cənub bölgəsinə səyahət – 105 manata

Digər yerli turizm şirkəti olan  “Online Travel”nin təşkil etdiyi Lerik və Lənkaran turları iki günü əhatə edir. Turun qiyməti müştərinin hansı variantı seçməsindən asılı olaraq dəyişir. 11-12 sentyabrda baş tutacaq turda hər şey daxil paket 105 manatdır. Bura gündə 3 dəfə qidalanma, nəqliyyat və fotosessiya daxildir.
Həmin turun «ekonom» paketi də var – adambaşına 85 manat. Bu qiymətə yalnız yol xərci otel və səhər yeməyi daxildir. 5 yaşına qədər uşaqlara görə isə heç bir pul ödənilmir. 

Hər 10-cu adam pulsuzdur

Turizm şirkətləri yerli turlar üçün endirimlər də edirlər. Belə ki, yerli turizm məkanlarına səyahət çərçivəsində səfərlər  qrup halında olarsa, hər 10-cu adamın səyahəti pulsuzdur. Misal üçün dostlarınız və qohumlarınızla tura gedirsizsə onda bir nəfərin puluna qənaət etmiş olacaqsız.

Dubay səyahəti 410 dollar

Qurban Bayramında  ölkə vətəndaşları xaricə də səyahət edə bilərlər. Bura əsasən, yaxın xarici ölkələr Türkiyə və Dubay daxildir. 9-10 sentyabr tarixlərində Dubaya 5 gün 4 gecəlik olan turların bir nəfərlik dəyəri 410 dollar  təşkil edir. Bu məbləğə aviabilet,  səhər yeməyi və aerorort-otel-aeroport transferi daxildir. Amma 80 dollar viza rüsumu əlavə ödənilir.
Qeyd edək ki 410 dollarlıq turda müştərilər 2 ulduzlu oteldə qalmalı olacaqlar. 3 ulduzlu otel üçün 425 dollar, 4 ulduzlu otel üçün isə 570 dollar ödəmək lazımdır.

İstanbula səyahət  - 280 dollar

İstanbula səyahət etmək istəyənlər isə 3 ulduzlu otllərdə istirahət  üçün 280 dollar ödəməli olacaqlar. «Turizm.az » şirkətin təqdim etdiyi 3 gücə və 4 günlük bu tura aviabilet, otel transfer, səhər yeməyi və sığorta xərcləri daxildi. 
OXŞAR XƏBƏRLƏR